Dilbəra, şəmsüz-zühadür şöleyi-rüxsariniz,Ayəti-Tahavü Yasin surəti-didariniz.

Qamətin Tuba durur, Nun vəlqələmdir qaşların,"Hazihi-cənnatü ədnin" ləli-şəkərbariniz.

Surəyi-Vəlleyl zülfin, gözlərin "nəmülbəsər",Leyk "sübhanəlləzi, əsra" durur əsrariniz.

Sureyi-Təviz oxurmən, dəmbədəm ixlas ilən,Ta ki, hüsnini bəladən saxlasun cəbbariniz.

Макта — последний бейт с тахаллусом поэта. "Qüll-kəfa" billah-durur, zikri Xətai xəstənin,Həq bilür kim, "sümmə vəchüllah"dir, didarınız.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви