Zümzümati-təhəssürat, yaxud qarışıq xəyallar
Fikrim yaşayır mə'niyi-rə'nalər içində,Ruhum uçuyor cənnəti-ülyalər içində,
"Lal ol, demə, qanma, gözünü kur elə" dərlər,Gözlü nasıl ömr eyləsin ə'malər içində?!
Mən bir əsərəm, anlamadım kimdi müəssir,Bir şe'ri-bəliğəm bu müəmmalər içində.
Girsinmi tənimlə bu həqaiq də məzarə,Kəşf eyləyəyimmi bu həyulalər içində?
Xaki-siyəhi-parladacaq nuri-xəyalım,Qalmış vətənim leyleyi-zülmalər içində.
Zənn eyləmə şəbtəb şu məxluqi-müziyyi,Parlar gecələr nur kimi səhralər içində.
Azadələrin ruhi-münəvvərləridir kim, –Şol cism ilə parlar şəbi-yəldalər içində.
Nifrət edərik canlı gəzən bu şəhəratə,İmrari-həyat etmədə tənhalər içində.
Hürriyyəti-vicdan ki, deyirlər adı vardır,Ol huri dərağuş elə rö'yalar içində.
Ərz etmədədir kəndini ifriteyi-övham,Dildari-həqiqət hələ xülyalər içində.
Sərbəst bu gün zülmünü icradə məzalim,Ərbabi-ədalət hanı? Mənfalər içində!
Övladi-zəman fikrcə səhdud bu gündə,Mən istəyən əhbab isə fərdalər içində!
Təşrih edirəm dillərini çox rüfəqamın,Bir əhli-səfa yox bu əhibbalər içində.
Mən bir diriyəm, etdi məni dəfn təsadüf –Zində görünən bir sürü mövtalər içində!
Bilməm ki, nolurdu məni-bədbəxt doğulaydım –Mehdi-mədəniyyətdəki danələr içində.
Hər kəs sanıyor kəndini pərvərdeyi-daniş,Ləzzətli ədəb yox bu mürrəbalər içində.
Turşdur deyəməz hiç kəs ayranına, əmmaDadsa, der acı şəhdi-müsəffalər içində.
İkmali-kəmal etmədə əqvam, biz, əfsus,Təzyi' ediriz ömrü əlifbalər içində.
Fitrətmi, bəşərmi törədir cəngü cidali?Dünya yaşayır hərb ilə qövğalər içində.
Meydani-vəqa səhni-püraşubi-təbiət,Ərbabi-zəfər taqi-müəllalər içində.
Dərdəst edib amalını ərbabi-həqiqət,Zahid, yaşa övham ilə xülyalər içində!
Ey qəlbiqara, sən oxu əlfazü sevadi,Nur əhli bu gün lübb ilə mə'nalər içində.
İmzasını qoymuş miləl övraqi-həyatə,Yox millətimin xətti bu imzalər içində!
"Qumu..." səsi iqaz edir əbnayi-cəhani,Millət hələ cabidə bu zövzalər içində.
Bir nəcm deyildirmi cahani-bəşəriyyət –Bunca küreviyyat ilə dünyalər içində?
Bir zərrə deyildirmi bu səyyareyi-aləm –Şu cəvvi-vəlehzadəki şəmsalər içində?
Milyonla kəvakib gəzir e'maqi-fəzadə,Milyard cahan var bu müsəmmalər içində.
Xilqət doğuyor, leyk durur hüsn əzəldə,Varmı belə bir xariqə hüsnalər içində?
Ey madəri-aləm, bu nə heyrətli sərair,Sən şadmısan bir belə hüblalər içində?
Aya, nədir ol cazibeyi-hüsnü məlahət,Qaynar, daşıyor dideyi-şəhlalər içində?
Şol yar, quçağında yaşar zövqü səfanın,Könlüm yanıyor eşq ilə sevdalər içində!
Zülm eləmədən xoşlanıyorsanmı, ey afət?Yox sən kimi qəddar dilaralər içində.
İç, iç nə qədər istərisən qanımı, zalim,Bir gün görərəm qanımı səhbalər içində!
Gülçöhrələrin ləbləri, rüxsarıdır ol kim, –Şimdi içilir sağəri-minalər içində.
Məhzun təbəssümlər edir nərgizi-məxmur,Cəzzab nigəhlərdir o mər'alər içində.
Qəbrimdə açan gülləri seyr et, a şükufəm!Könlüm dağıdır laleyi-həmralər içində.
Qəlbimdən uçar qəlbinə bir buyi-təhəssür,Etmə məni məhcub şu mövtalər içində.
Bir fatiheyi-nazini fırlat da, güzar etEhya elə, ruhum, məni həmtalər içində.
Vardır şu yatan kimsələrin fatihəxani,Mən kimsəsizəm xaki-siyəhzalər içində.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-zumzumati-tehessurat-yaxud-qarisiq-xeyallar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey inqilab şairi, tari-rübabının,Tə'siri olmadı nəğəmi-inqilabının –
[Şərq ilə Qərbi müqayisə]Məğribdə hikmət əhli izhari-sən'ət eylər,Şəhbali-mə'rifətlə ehrazi-rüf'ət eylər,
Meydani-hərb xatirələrimdənTutmuşdu topun səsləri afaqü səmayı,Enməkdə idi yerlərə əhzari-şitayı.
Ulduzlu bir gecədə müharibə tamaşası və “Şahnamə” şairi-ziiqtidarını xatırlamaqMüharibə mənzərələrindən*Uxalmış göyə yerdən əhəngi-cəng,
Стихи других поэтов
Canım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Vətən“Biriya”, könlüm olub aşiqi-rüxsari vətən,Başıma düşdü yenə nəşeyi-gülzari vətən.