Ömrün günün cəfasından,Odum keçib,külüm qalıb…Ləzzətindən, səfasından,Mənə ancaq zülm qalıb…

Zəmanənin əskiyiyəm,İtib-batan səs kimiyəm,Boşalmış qəfəs kimiyəm,Tək zahirəm, çölüm qalıb…

Yığılıb, yoldadır köçüm,Sızlayıram için-için,Tükənib qüvvətim, gücüm,Ruhum uçub,dilim qalıb…

Fələk hey başımdan dönür,Ümidlərim düyün-düyün.Hər şey gördüm,görmədiyim,Bircə elə ölüm qalıb…

Dolaşır arxamca əsəl,Səhər, axşam, gündüz,gecə.Dünyadan bəs gedim necə,Bir nisgilli elim qalır.

1993.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов