Uzanıb yatasan göy çəmənÜstə,Dünyada bir dərdin,Qəmin olmaya.Meh ötə üstündənSakit, ahəstə,Havanın qarğışı,Təmi olmaya…Hey ondan çəkçsçnCiyərlərinə.Təbii havaylaDola ürəyin.Dalasan göylərinSehrlərinə,Torpağa söykənəBelin, kürəyin…Baxasan göylərinMəsum üzünə,Görəsən dəstəyləUçur durnalar…Təsəlli verəsənÖzün-özünə,Ki, hələ dünyadaMüvazinət var…Var hələ bakirəNeçə meşə, dağ,İqlim başdan-başaZəhərlənməyib…Yaşayır təbiət hələSağdı, sağ,Göydə bir raket də

Ta hərlənməyir…Qəlblərdən qəlblərəBillur körpülər.Ellərdən ellərəAyrıca yol varNə göydə, nə yerdəQara kölgələr,Nə qorxunc Nevada,Nə Çernobıl var…Ürəklər, duyğularİncədən-incə,Kinə-ədavətəNöqtə qoyulub…Nə bircə bomba var,Nə bircə xəncər,Toplar basdırılıbÜzü quyulu…Bir şirin, bir rahatYuxu yatasan,Çıxa ürəyindənDərdlər,acılar…Uşaqlıq çağınaGedib çatasan,Cavanlıq dövrünəQapı açıla…İtmiş atan gəlsə,Anan dirilə,Təzədən canlanaUçmuş el-oban,Qayıda həyataDoğma ölülər,Qayıda yoldaşın,Qayıda baban.Dönə gəncliyininOdlu anları,Arzular qoynundaDeyib güləsən.Həyatda müyəssərOlmayanları,Barı yuxulardaGörə biləsən…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов