Rübailər
Что такое рубаи?
Рубаи: философское четверостишие; рифмуются первая, вторая и четвёртая строки.
Ey badi-səba, güzar qıl Təbrizə,Aləmdə qalıb ümidimiz bir sizə,Ol sərvqədin kuyinə düşsə güzərin,Bu naməni ver o zülfi ənbərrizə.-Saqi, gətir ol cami-zərəfşanı görək,Sal gərdişə bir o rahi-reyhanı görək,İsgəndərə söylə getməsin zülmatə,Göstər ona bir o abi-heyvanı görək.-Divanə könül, bəsdi fəğan eyləmə çox,Razi-dilimi xəlqə əyatı eyləmə çox.Xamuş otur, feyzi-əzəl tap, özünüƏbnayi-zəmanə həmzəban eyləmə çox.-Saqi, genə əyyami-gülüstan oldu,Gül təxtə çıxıb, çəməndə sultan oldu.Hər rindü gəda deyir mənəm şahi-cahan,Hər qübbərə bir bülbüli-xoşxan oldu.-Saqi, mənə bir cam o meydən ver, ver,Bir türfə xəbər o bəzmi-Keydən ver, ver,Mütrüb, dur əyağə, rəqs qıl məstanə,Dadi-dilimi nəvayi-neydən ver, ver.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ebulqasim-nebati-rubailer
Другие произведения автора
Susuyubdur genə kimin qanına,Xumar-xumar baxar hara gözlərin?
Ay nədir, nədirBaşına döndüyüm, bu necə haldır,Dinməmiş deyirsən: ay nədir, nədir?
Ay PəriKönlüm gülzannda, qış mövsimində,Açılıb təzə gül, di dər, ay Pəri!
Gözlər, nə gözlərO tərlan baxışın qurbanı canım,Boy çəkib gözlərin gözlər, nə gözlər!