Gözlər, nə gözlər
O tərlan baxışın qurbanı canım,Boy çəkib gözlərin gözlər, nə gözlər!Amaci-sinəmi novki-müjganınQoyub nişanəyə gözlər, nə gözlər!
Nə qələtdir düşüb üz arasına,Onu bilmək olmaz üz, arasına,Əgər qəvvas isən, üz arasına,Bir gör axır ondan gözlər, nə gözlər!
Təcəllasan, buyur Sina dağına,Əğər görsən məni, Sinada, qına,Qoyma rəqib baxsın sinə dağına,Yamandır gözləri, gözlər, nə gözlər!
Yeni aydı, amma nə sövdası var,Nöqsanına bax, gör nə sovdası var,Heç bilmənəm başda nə sevdası var,Ağlar-ağlar, deyər gözlər, nə gözlər!
Nəbati kül oldu, yandı Sinada,Bu alovdan bir od düşsün sana da,Deyəmməzəm, necə deyim sına da,De görüm görmüsən, gözlər, nə gözlər!
Əhvəl olma, bir nöqtədir hər ucu,Bir dövrdə dolanırlar hər üçü,Nəbatinin sultanıdır hər üçü,Bu idi mən deyən gözlər, nə gözlər!
Kitabxana.az · https://kitabxana.az/ru/works/ebulqasim-nebati-gozler-ne-gozler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Eşq camından içən kimsə huşyar olmaz,Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.
Nədən ol büti-pərivəş dəxi bir bu yanə gəlməzNədən ol büti-pərivəş dəxi bir bu yanə gəlməz,Məgər ol xərabə evdən usanıb cəzanə gəlməz?
Olmadı mümkün edim halımı cananə ərzOlmadı mümkün edim halımı cananə ərz,Mur nə qism eyləsin şahi-Süleymanə ərz.
Nisbət sənə’ ey şux, Züleyxa ola bilməzNisbət sənə’ ey şux, Züleyxa ola bilməz,Bu işvədə, bu qəmzədə Leyla ola bilməz.
Стихи других поэтов
Məşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,
Çalsın Azərbaycan haray zənginiKəsib qabağımı camaat mənim.Vəziyyət necədir? - xəbər alırlar.
Millət qurban desə, siz məni kəsinAldım məktubunu, bil Mahmud ağa,Layiq deyil səni tutam qınağa.
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən