Nəql edirlər ki, şəhri-NişaburƏhdi-sabiqdə oldu çox məmur.Bir zaman karivansəradə məgər,Söhbət eylərdi neçə sevdagər.Gəldi bir düxtəri-fəriştəcəmalAçdı dəsti-niyaz, etdi süal.Gördülər bir behişti simadır,Sandılar yer üzündə huradır.Dedilər: – Heyf kim, bu rəşki-qəmərSeyr edib hər tərəf süal eylər.Yox idi bir dürüst pirəhəni,Görünürdü təmam gül bədəni.Hərə bir qədr etdilər ehsan,Alıb ol düxtər oldu rahə rəvan.Var idi bir cavan sövdagər,Tiri-eşq etdi onu zirü zəbər.Durdu, pünhan dalınca oldu rəvan,Çatdı, ərz etdi, key fəriştənişan!Səndə kim, vardır bu vəchi-həsən,Nə üçün bəs gədalıq eylərsən?İxtiyar eylə bir nəfər şövhər,Bu gədalıqdan əl çək, ey gövhər.Dedi ki, binəvaları kim alır,Kim bizim tək fəqiri yadə salır?Dedi: – Ey rahəti-dili-zarım,Olaram mən sənin xəridarın.Məndə çox mali-binəhayət var,Sənə qurbandı hər nə dövlət var.Dedi: – Mən bir qızam, yox əldə sərim,Gəl gedək, bəlkə razıdır pədərim.Pədərim versə, canə minnətdir,Xəlqə adət, bizə nə bidətdir.Dedi bəs, ey nigar, bismillah,Oldular şadman rəvaneyi-rah.Etdi səvdagəri o qız hali,Dedi kim, bu imarəti-aliXanəmizdir, sən et təvəqqüfi-dər,Mən gedim eyləyim atama xəbər.Leyk bil, ey cəvani-şuxü zərif,Hər nə qılsa atam sənə təklif,Sən gərəkdir qəbul eyləyəsən,Gər mənim ittisalım istərsən.Daxil oldu evə o rəşki-qəmər,Çıxdı bir afitabdən ənvər.Geyinibdir libasi-fəğfuri,Baği-cənnətdə yox belə huri.Eşqi-sövdagər eylədi tüğyan.Dedi: – Bismilləh, ey rəşid cavan.Çün evə daxil oldu sövdagər,Gördü bir şəxs piri-xoşmənzər,Verdi ikram ilə o pirə səlamVə əleykəssəlam, vəl-ikram!Səni xoş gördük, ey cəhani-sürur!Eylədin xanimanımız məmur.Bu imarət, bu mülk, bu xanəPişkeşdir əziz mehmanə.Gördü sövdagər ol fəsih-məqalTutini vəqti-nitq eylər lal.Evinə baxdı gördü çox əsbab,Fərşi-çinivü qaliyi-siqlab.Fərş olundu büsati-şahanə,Etdilər iltifat mehmanə.Düzdülər xanə neməti-əlvan,Kəbkü teyhuvü bərreyi-büryan.Gəldi həm növ-növ şərbətlər,Şəmlər asimanə şölə çəkər.Ələ aldı kənizlər dəfü çəng,Zöhrənin çəngi oldu rəşk ilə çəng.Söhbəti-yarü nəğmeyi-dilkəşCani-sövdagərə salıb atəş.Ələ aldı qavalı ol düxtər,Başladı nəğməni o rəşki-qəmər.Oxudu çəmxəm ilə bir Şüştər,Dili-sövdagərə vurub niştər.Oldu tavus tək durub rəqqas,Döndü bir cənnətə o məclisi-xasQaldı heyran bu halə sövdagər,Dedi: – Ey piri-övliyamənzər,Mənə bu müşkül əmri eylə bəyan,Qalmışam matü valehü heyran.Səndə kim, var bu qədər dövlətDəxi sailliyə nədir hacət?Xassə bu düxtəri-fəriştə cəmalHeyfdir kim, bu gün edirdi süal.Dedi pir: – Ey cəvani-xoşmənzər,Guş qıl, ta verim bu halı xəbər.Bil ki, Abbasi-dustdur adım,Bu gədalıq mənimdir içadım.Sənətimdir gədalıq ehyana,Verələr dövləti-cahanı mana,Əlimi çəkmərəm bu sənətdən,Yaxşıdır bu cəmii hirfətdən.Bu qədər kim, görürsən əsbabıHər qizanın nə növdür qabı,Bunların mayəsi gədalıqdır,Nə gədalıq ki, padşalıqdır.Gər gədalıqdan olmaya bir şey –Ki, qoyum anı süfrə yanına hey,O gecə yatmağa yuxum gəlməz,Ürəyim sübh olunca dincəlməz.Gün də bu düxtəri-fəriştəüzarKəsmişəm ki, gətirsin üç dinar,Gətirir övrətim dəxi o qədər.Bizə sənət budur, eşitdin əgər.Hünəri-düxtəri bu gün bariGörmüsən, gör sabah məni-zari.Bil ki, aləmdə çox hünərlər var,Baği-dünyadə çox səmərlər var.O gecə işrət etdilər yeksər,Ta ki oldu qərib vəqti-səhər,Dedi: – Dur, dəstəmazə oldu əzan,Ol filan məscidə nəmazə rəvan.Gör gəlib mən nə iş təmam edərəm,Necə mən aləmi soyub gedərəm.Oldu məsciddə müntəzir o cavan,Nagəhan gördü kim, gəlir piran.Gəldi, məsciddə pir qıldı nəmaz,Dərgəhi-həqqə qıldı razü niyaz.Durdu nagah ayağə şeyxi-kəbir,Ucadan çəkdi naleyi-təkbir:Keyyühənnas, ey güruhi-bəşər!Bir fəqirəm əlilü çox müztər,Neçə baş binəva əyalım var,İki-üç tifli-xürdəsalım var.Həq bilir, iki gündü kim, acıq,Yeddimiz bir rəğifə möhtacıq.Gərçi ruzirəsandu rəbbi-ənam,Etmişəm mən ona təvəkküli-tam.Leyk aləmdir, aləmi-əsbab,Böylədir rəsm, ey ülül-əlbab.Əhli-məscid görüb fəsahətini,Etdilər cümlə guş söhbətini.Dedi ol pir: – Ey güruhi-bəşər –Ki, gəlirdim nəmazə mən bu səhər,Tapmışam yolda bir mətai-giran,İki xalxali-zərri-danənişan.Tapmağımdan çox eylədim vəsvas –Ki, qalır gərdənimdə həqqün-nas.İstədim kim, atıb namazə gələm,Yenə qorxdum ki, şüğli-zimmə olam.Sər-bemöhr ol mətai mən naçarMəscidə gətdim, ey ülül-əbsar!Bir əminə edin onu təslim,Rəsmini qazi eyləsin təlim.Hər zaman çıxsa sahibi-xalxal,Çatar öz sahibinə mali-həlal.Ruzi möhtacı bir fəqirəm mən,Möhnəti-fəqrə dəstgirəm mən.Etdi xalxalı onlara təslim,Aldı, mehr eylədi o qövmi-səlim.Dedilər: – Mərhəba bu dindarə!Etmədi meyl bunca dinarə.Yerbəyerdən durub o gün hüzzarVerdilər pirə dirhəmü dinar.Oldu hasil o pirə sim ilə zər,Qaldı məbhut mərdi-sövdagər.Gəlibən evdə tutdular aram,Dedi sövdagərə o şeyxi-hümam:Ol ki xalxalı etdim onlara bənd,Qızımın malıdır o, ey fərzənd.Gəl sabah məscidə tamaşayə,Gör hünər övrətimdə yüz payə.Yenə fərş oldu süfreyi-yəğma,Yenə əvvəlki məclis oldu bina.Gördü sövdagər, ol qəmərsayə,Eyləyibdir özünə pirayə.Gəldi yüz işvə ilə ol xudkam,Etdi sövdagərin sağında məqam.Qıldılar əkl, içdilər şərbət,Etdilər ol gün, ol gecə işrət.Çünki sübh oldu, şeyxi-nüktəsəraDedi: – Dur, ey cavani-xoşsima.Getdilər məscidə zamani-namaz,Hərə bir yanda qıldı razü niyaz.Məscidə ta ki, varid oldu imam,Xəlq etdi namaz üçün iqdam.Məscidə girdi bir nəfər övrət,Çəkdi fəryad, saldı çox vəhşət.Dedi: – Fəryad, ey müsəlmanlar!Olmuşam bir yaman bəlayə düçar.Zəni-məşşatəyəm, əlilü fəqir,Xəlqə pirayə eylərəm məni-pir.Qızını qonşumuz verirdi ərə,Mənə yalvardılar beş-altı kərə,Bir neçə parçacıq qızıl gətirim,Qızı zinətlə məqsədə yetirim.Mənə dövlətlilər edər hörmət,Etibar əhliyəm, dəxi izzət.Bir neçə qitə lazimati-tilaAlmışam ariyət məni-rüsva.Dəri-məsciddən, ey güruhi-mələk,Mən dünən gecə ötmüşəm yügürək,İki xalxali-zər düşüb məndən,Bais oldur ki, eylərəm şivən.Sahibi heç inanmayır sözümə,Bəs ölüm fərz olub mənim özümə.Dedi qaziki, ey əfifeyi-zar,Qorxma, anı tapıbdı bir dindar.Xeyli mali-həlal imiş ol mal,De görək vəznidir neçə misqal?Neçə qaş-daşı var o xalxalın,De nişanın, apar həlal malın.Dedi: – Bir cüft zərrdən xalxal,Qaş-daşı əlli, vəzni yüz misqal.Qırx daşı ləldir, onu yaqut.Qaldılar xəlq valehü məbhut.Dedilər: – Afərin bu mali-həlalŞükrlillah ki, olmadı pamal!Gətirib ol mətai qövmi-səlimEtdilər ol əcuzuyə təslnm.Yenə ol övrət eylədi fəryad,Dedi kim, eyləyin mənə imdad.İtirəndən bəri o xalxaliMahəzərdən qalıb evim xali.Qalıb evdə uşaqlarım möhtacİki gündür susuzdular, həm aç.Həm əlim boşdu, həm üzüm qarə,Edin Allah rizasına çarə.Durdular xəlq etdilər ehsan,Çıxdı övrət evinə oldu rəvan.Dedi pir: – Ey cəvani-nakamil,Gəl gedək, oldu məqsədim hasil.Getdilər evdə tutdular aram,Dedi pir: – Ey cəvani-nikəncam,Bu hünərlər ki, oldu məlumun,Bilirəm mətləbini məxdumun.Bizdə həftad növ var hünər,Hər biri bir xəraci-Misrə dəyər.Qızımın istəsən mübaşirətin,Eylərəm mən bunun müxafirətin.Səndən artıq deyil qızım, ey can,Leyk mən böylə etmişəm peyman –Ki, gərək bir kəsə verəm anı,Bu gədalıqdan ola samanı.İstəyirsən ki, yarın olsun yar,Get, gədalıqdan eylə kəsbi-mədar.Dedi: – Ey şeyx, məndə çox mal var,Əhli-malə həramdır bu süal.Tacirəm, məndə var çox dövlət,Dövlətim həm sənindi, biminnət.Dedi pir: – Ey cəvani-müstəhsən,Sən gərəkdir bu fənni öyrənəsən.Xahiş etsən vüsali-cananı,Bu gədalıqdan eylə dərmanı.Dedi: – Məşhur tacirəm məni-zar,Tanıyırlar məni hamı tüccar.Necə şərm etməyim məni-cahil –Ki, gedim xəlq-ara olum sail?Mənə mane olur həyavü ədəb,Filhəqiqə bir əmrdir bu əçəb.Dedi şeyx: – Ey cəvani-xam süxən,Sən bu karı hənuz görməmisən.Sözlərin həqqdir, hicabın var,Sənə bu əmr çox gəlir düşvar.Leyk bu əmri, ey cəvani-səlim,Sənə çox səhl eylərəm təlim.Ənqərib eylərəm səni irşad,Olusan sən özün bu işdən şad,Neçə gün qal evimdə, mehman ol,Ruzü şəb həmcəlisi-canan ol.Sonra karvansərayə eylə güzər,Açıban hücrəni otur müztər.Elə ki, yarü aşina gəldi,Cümlə yarani-basəfa gəldi,Özüvü göstər onlara qəmgin,Zarü pəjmürdə, biqərarü həzin.Dəmbədəm durma, çək ciyərdən ah,Ah çək, asimana eylə nigah.Səndə zahir olanda bu əhval,Halını sərbəsər edəllə sual,Degilən, sormayın mənim halım,Olsa yegdir xəfadə əhvalım.Nə deyim, gər desəm, zəban titrər,Qüssədən ərzü asiman titrər.Dilə gəlsə bu razi-pünhanım,Qorxuram od tutub yana canım.Ey cavan, damı danədən eyrən,Karı bu karxanədən öyrən.Saxla yadında bu lətifəni sən,Çox zamanlar bu rəmzi işlədəsən.Bir əcəb daru etmişəm peyda,Yengüvü tər qılıb səpərsən ona,Gözüvə sürtəsən əgər ani,San gözündən açıbla dəryani.Sənə mən bir qədər verim əlhal,Vəqti-hacətdə eylə istemal.Ağlayarsan çəkəndə darunu,Gətirər mövcə rudi-Ceyhunu.Sənə eylər rəfiqlər israr,Bir qədər ağla, söylə, ey tüccar,Nə yaman yerdə oldu gün axşam,Kaş ömrüm bu gün olaydı tamam.Neçə illərdi kim, müzarəbdənÇəkirəm həddsiz zərərlər mən.Bu ticarətdə düşmüşəm vayə,Çıxıb əldən təmam sərmayə.Zahirən el gözündə tacir idim,Sillə ilə mən üz qızardır idim.Açılıb indi pərdeyi-karım,Bir ədəd nanə yoxdu dinarım,Sümüyə lap bu gün dayandı pıçaq,Durmayır qeyzdən başımda papaq.Rədd qıldım xəlayiqin malın,Sizə təqrir eylədim halın.Neçə gündür ki, mən özüm acəm,Bu gecə nani-xüşkə möhtacəm.Gözüvə yengüvü çəkib ağla,Elə ağla ki, aləmi dağla.Çün görərlər səni bu növ ilə zar,Hiç şək yox ki, cəm olar dinar.Hərə bir ciz edər sənə şəfqət,Yenə bir qədr cəm olur dövlət.Çün eşitdi bu halı sövdagər,Qutəvər, oldu bəhri-fikrə məgər.Dedi şeyx: – Ey cəvani-sadəzəmir,Sənə püskəndə etmişəm təqrir.İstəyirsən vüsali-yarı əgər,Yoxdu bu əmrə çareyi-digər.Aşiq idi çün ol zəlumü cəhul,Naəlac eyləyib o əmri qəbul.Gəldi çün karivansərayə tərəf,Gördü tüccarlər durub səf-səf.Dedilər: – hardasan, nədir halın,Şərh qıl sərgüzəştü əhvalın.Dedi: – Var idi bir rəfiqi-qədim,Məni mehman eylədi o kərim.Necəsiz, sizlərə nə növdü hal?– Lilləhül-həmd, yaxşıdır əhval.Oldu mane o növcəvanə həya,Şeyx təlimin açmadı əsla.Ol gecə yarü aşinalər iləYedilər, içdilər, keçindi belə.Gecə öz hücrəsində yatdı cavan.Sübh sənduqunu açıb hər yan,Yüz qızıl pul götürdü, qıldı xuram,Gəlib Abbas-şeyxə verdi salam.Dedi: – Oldun muradına vasil,Yüz qızıl nəqd eylədim hasil.Əlinə şeyx çün pulu aldı,San ilan çaldı, tez yerə saldı.Dedi: – Ey novcəvani-xamxəyal,Bunda bir həbbə yoxdu puli-süal.Məndə vardır bu sirrin ecazi,Şeyx Abbasə xoş deyil bazi.Yetmiş ildir ki, mən bu növ ilə nan –Yemişəm, ey zəmiri sadə cavan!Yemərəm xəm sənin firibindən,Get, özün küsdün öz nəsibindən!Bilmədin ləzzəti-gədalığı sən,Tapmadın böylə padşalığı sən.Yoxladım, yoxdu səndə hiç hünər,Qızıma ol kişi olur şövhər –Ki, gədalıq onun şüarı ola,Gidyə bəhsində iştiharı ola.Yeri, get, ey cavan, şitab eylə,Dəvəni görməmiş hesab eylə.Get nəsibin ola bu rənci-səqər,Görəsən rəncü möhnəti-bifər.Mənəm Abbasi-dust, mərdi-gəda,Cümlə heyrandı halıma üqəla.Məndən öyrəndilər gədalığı xəlq,Nə gədalıq ki, padşalığı xəlq.Çatmayıb gərdimə mənim bir kəs,Sən məni alladırsan, ey nakəs!Anladı rəmzi-şeyxi həm düxtər,Durdu yanından ol mələkmənzər.Keçmədi çün qəbulə gətdiyi zər,Urdu bəs dəstüpaçə sövdagər.Dedi: – Ey şeyxi-mürşüdü kamil,İndi qıllam muradını hasil.Aqibət getdi taciri-əhvəl,Eylədi göftguyi-şeyxə əməl.Nə ki, təlim eyləmişdi onaCümləsin gəldi eylədi bərpa.Olmaq üçün muradına vasil,Gidyədən simuzər qılıb hasil,Gətirib şeyxə eylədi təslim,Duruban şeyxə eylədi təzim.Baxdı simasına dedi: – Səddəq!Tapdı səndən sərayımız rövnəq.Üzdə sailliyin hüveydadır,Bu o tacirliyindən əladır.Sən ki bu əmrə eylədin iqdam,Tərkinə yoxdu dəxi bir əncam.Get, həlalındı düxtərim, dərhalHəm sənindir bu mülkü dövlətü mal.Vəsli-yarından oldu çün şadan,Getdi malın gətirdi bazərgan.Hər nə var xak-ara nihan elədi,Yemədi, mali-digəran elədi.Büxlü imsakdən, ləamətdənDöndü halı, dolandı tinətdən.Eylə qıldı gədalığa adət,Şeyx Abbasə vermədi fürsət.Daim əfsus edərdi kim, bicaÇəkmişəm xeyli zəhməti-dərya.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов