Nagahan şəhrə gəldi bir çoban,Gəzdi bazari haimü heyran.Gördü bir xoştəranə, beynən-nasSöyləyir: – Əssəbil, ya Abbas!Verdi bir pul, içdi bir kasə,Dedi: – Layiq deyil bu Abbasə.Nagahan gördü ol əcibəsifatUçadan səslənir biri: – Sələvat!Verdi üç pul, içdi sələbdən,Dedi: – Bu yaxşıdır o məşrəbdən.Şəhrdən çıxdı tışra, oldu rəvan,Gördü şəhrə gedir bir özgə çoban.Necə kim, rəsmi-rəhrəvandı bu hal,Bir-birindən soruşdular əhval.Dedi ol şəhrdən gələn çoban –Ki, məbada səbilə allanasan!Bil ki, Abbasəli deyil bir zad,Yenə səlvatdən gəlir bir dad.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов