Hər dəmdə qıllam ney tək nəvani,Saldın nəzərdən mən binəvanı.

Siccinə düşdüm hicri-rüxündən,“Tərif məkanı, ya mən yərani”.

Yandın bu narə, xak oldun, ey dil,Tök ab gözdən, tərk et həvani.

Qönçə dəhanın əsrarın açma,Sən məhrəm etmə badi-səbani.

Ol çini-zülfə gər nisbət etsəm,Billah xətadır müşki-Xətani.

Kakil qəmindən var sərneviştim,Döndərmək olmaz başdan qəzani.

Arif gözündə vəhdətdi kəsrət,Kəsrətdə seyr et zati-xudani.

Zahirdə kəsrət, batində vəhdət,Vəhdət gözüylə gör masivani.

Dəryadi qətrə, dəryayə düşsə,Düş bəhri-eşqə eylə şitani.

Gər zati-həqqi bulmaq dilərsən,Əğyarı tərk et, tap Mürtəzani.

Aləmdə yoxdur bir ondan özgə,Əhvəl degilsən bir görsən ani.

Zati-Məhəmməd zati-Əlidir,İki bədəndə bir bil o cani.

Макта — последний бейт с тахаллусом поэта. Sirri-dəhanın faş etmə Seyyid,Nadana açma razi-nihani.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви