Gizlədirdim bir zaman bu çeşmi-rövşəndən səni,Gizlədir indi, nigarım, qeyrilər məndən səni.

Qoy xədəngi-möhnətin rövzənlər açsın sinədən,Dil görə, ey mahrüx, şayəd bu rövzəndən səni.

Bu qədü rüxsar ilə seyri-gülüstan eyləsən,Fərq qılmaz bağban, ey sərv, gülşəndən səni.

Gərçi, nöh əflaki-kəcrov səxtdir, ey tiri-ah,Qorxma, pərran eylərəm suz ilə cövşəndən səni.

Sən dua eylə yetim, ey can, bu gün çananıma,Hiç qəm çəkmə qutarram məhbəsi-təndən səni.

Mən hara, həngameyi-vəslin hara, ey şəmi-hüsn,Od tutub pərvanə tək yannam görəm gendən səni.

Макта — последний бейт с тахаллусом поэта. Seyyida, hər kimsənə bir mətləb istər dəhrdən,Mətləbim yox qeyrdən, mən istərəm səndən səni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе