Zülf arasında könül arizi-dilbər tapdı
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Zülf arasında könül arizi-dilbər tapdı,Bu qaranlıq gecədə mahi-münəvvər tapdı.
Tutiyi-can ləbüvə püstə xəyalilə yatıb,Həbbəza, taleyi-fərxəndə ki, şəkkər tapdı.
Tapdı ol dürri-giranmayəni axırda rəqib,Gör ki, xərmöhrə bu aləmdə nə gövhər tapdı.
Tiğ pak etdi xəti arizi-ziybasından,Bülbül əyyami-xəzan bir güli-əhmər tapdı.
Şükrlillah ki, könül qəmlərüvə gətdi pənah,Özünə aləm ara yar ilə yavər tapdı.
Aldı divanə könül daməni-Məcnunu ələ,Vadiyi-eşqdə bir mürşidi-rəhbər tapdı.
Макта — последний бейт с тахаллусом поэта. Seyyida, mövsümi-güldür, hamı dilşad oldu,Bir məni piri-müğan zarü mükəddər tapdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-zulf-arasinda-konul-arizi-dilber-tapdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey aşiqi-zar, vəsli-canandan keç,Canandır əgər murad, gəl candan keç.
Ey feyzüvə məcmueyi-aləm möhtacEy feyzüvə məcmueyi-aləm möhtac,Bu ərzü səmavü ərşi-əzəm möhtac,
Ey kəbeyi-vəslüvə məlaik hüccacEy kəbeyi-vəslüvə məlaik hüccac,Kuyündə mənə xari-müğilan möhtac,
Gəl, qılma təbiba, mənə əfsanə əlac!Gəl, qılma təbiba, mənə əfsanə əlac!Olmaz bilirəm xəsteyi-hicranə əlac.
Стихи других поэтов · О любви
Ey ağalar necə olurHalı yardan ayrılanın
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
O bilər – mən bilərəmBivəfadırsa əgər yar, o bilər - mən bilərəm,Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.
Xali-mişkinə baxın, arizi-cananə düşübXali-mişkinə baxın, arizi-cananə düşüb,Deyəsən bir həbəşi səfheyi-İranə düşüb.