Müənbər kakilin kim rişteyi-can ilə tövəmdir
Müənbər kakilin kim rişteyi-can ilə tövəmdir,Həbibim, hər teli can boynuna bir qeydi-mökhəmdir,Məni rüsvayi-aləm eyləyən ol zülfi-pürxəmdir,Verib taracə eşqin əqlimi, məşhuri-aləmdir,Dili-zarım əsiri-dərdi-eşqü möhnətü qəmdir.
Məni şad eyləməz, ey gül, baharü bustan sənsiz,Həram olsun mənə, ey dilrüba, eyşi-cahan sənsiz,Məhü xurşidə baxsam bir dəm olmam şadman sənsiz,Cəhənnəm məskənim olsun, behiştə gər rəvan sənsiz,Dönər hicrinlə könlüm qanə guya kim, cəhənnəmdir.
Məhi-gərdun deyil mehri-üzarın kimi rəxşəndə,Həqiqət, arizindəndir məhü xurşid şərməndə,Müəvvər arizində ol ərəqdirmi nümayəndəVə ya olmuş məh üzrə xuşeyi-Pərvin pərakəndə,Düşüb bərgi-gül üzrə yoxsa öylə iqdi-şəbnəmdir?
Müsəlsəl sünbülün kim, candadır yüz piçü tab ondan,Hifazi-mahidir kim, münkəsifdir afitab ondan,Məgər azərdi hicranın, olur aşiq kəbab ondan,Visalın kimyadır kim, dil olmaz kamiyab ondan,Dəhanın qönçeyi-sirab, ləlin sirri-mübhəmdir.
Mükəddərxatir olma çox da qəmdən, binəva Seyyid,Hərimi-vəsldən məhrum olan, ey mübtəla Seyyid,Mürüvvət qıl, nigarım, bunca çəksinmi bəla Seyyid,Verib yəğmayə əqlü huşunu bəxti qəra Seyyid,Dönüb Məcnunə eşqindən, cigərxun, didə pürnəmdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-muenber-kakilin-kim-risteyi-can-ile-tovemdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gəh soldurusan gülləri, sən badi-xəzansan.Sən qaimi-bizzatsən, aləm hamı bilğeyr,
Əyan gözlə baxan şəxsə nihansanƏyan gözlə baxan şəxsə nihansan,Nihan gözlə baxan zatə əyansan.
Hanı bir kəs ki, yetirsin mənə canan xəbərinHanı bir kəs ki, yetirsin mənə canan xəbərin,Söyləsin bülbül üçün bağü gülüstan xəbərin.
Dözməyib hicrə, könül, hər gecə fəryad etdinDözməyib hicrə, könül, hər gecə fəryad etdin,Axır ol mahı mənim qətlimə cəllad etdin.
Стихи других поэтов · О любви
Salam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Mən səni gördümƏzəldən bağçasız bir bahar idim,Dünyaya sığmayan intizar idim,
Qəzəl: Təzədən düşdü yenə başıma sevda-sevdaTəzədən düşdü yenə başıma sevda-sevda,Eşq odu qıldı məni aləmə rüsva-rüsva
Eşq camından içən kimsə huşyar olmazEşq camından içən kimsə huşyar olmaz,Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.