Əyan gözlə baxan şəxsə nihansan,Nihan gözlə baxan zatə əyansan.

Desəm pinhansən, hər yan əyansan,Desəm ki, mən əyansən, yox nihansan.

Münəvvər etmisən cümlə cahanı,Məgər sən afitabi-asimansan?

Özün həm rahsən, həm rahzənsən,Özün həm düzdsən, həm pasibansan.

Adındır zərrü nafe, ey nigarım,Gəhi üşşaqə sudü gəh ziyansan.

Səninləndir xəzanım, həm baharım,Vəli sən nə baharü nə xəzansan.

Yelə verdin şəmimi-tari-zülfün,Nəsimi eylədin ənbərfəşan sən.

Макта — последний бейт с тахаллусом поэта. Sən oldun Seyyidin lütfündə zahir,Əyan oldun ki, sən gənci-nihansan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви