Vaizi-şəhr özü iqrarına etsəydi əməl
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Vaizi-şəhr özü iqrarına etsəydi əməl,Düşməz idi bu qədər din ilə dünyayə xələl.
Qovli-zahidlə əməl etməmişəm, həşr günüVar ümidim ki, mənə dadrəs olsun bu əməl.
Bir əyağ ilə dəmağın edə tər zahidi-xuşk,Kafərəm çəksə əgər badeyi-gülfamdən əl.
Oğlun ölsün, bu qədər məscidə getdin bəsdir,İmtahan etmək üçün bircə də meyxanəyə gəl.
Xum ayağına qoyub başuvi, al dəstüvə cam,Ta ola kəşf sənə nükteyi-əsrari-əzəl.
Макта — последний бейт с тахаллусом поэта. Şövqdən köhli-Sifahan kimi dürtər gözünə,Seyyida, yetsə əgər Zuiyi-zarə bu qəzəl.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-vaizi-sehr-ozu-iqrarina-etseydi-emel
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şaiq, ol hadiyi-bədikəlam,Güli-xoşətri-gülşəni-əyyam,
Nuhun vəqəsiDörd min ildən yüz əksik oldu ki, NuhGetdi dünyadən ol cahan-fütuh.
Hacı və molla əhvalatı (Köpəyə ehsan)Köpəyə ehsanVar idi Şahsevəndə bir haci,
Bağdadlının vəqəsiBir kişi şəkvə qıldı Məmunə –Key çatan hökmi rübi-məskunə,