Ta ki, sən oldun əsiri zülfi-yarın, ey könül
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ta ki, sən oldun əsiri zülfi-yarın, ey könül,Qarə oldu yar əlindən ruzigarın, ey könül.
Yüz cəfa gördün, vəli, bir gəz şikayət etmədin,Hansı lütfündən xəcilsən nazlı yarın, ey könül.
Nə ümid ilə, genə dilbər sənə vermiş firibKim, fərəhnak olmusan, yoxdur qərarın, ey könül.
Yoxsa əğyar ilə görmüşsən genə məhparəni?Bənzəməz hərgünkünə bu ahü zarın, ey könül.
Gər o ahugöz düşə aləmdə bir gün damüvə,San qəzali-çərx olur yerdə şikarın, ey könül.
Aldı əqlü huşüvi şövqi-dəhanı dilbərin,Getdi əldən yox yerə məcmu varın, ey könül.
Xublər zülfinə qoymazdım səni bənd olmağa,Məndə olsaydı əgər kim, ixtiyarın, ey könül.
Макта — последний бейт с тахаллусом поэта. Ol pəridən çək dedim əl, pəndimi guş etmədin,Nalədir Seyyid kimi indi mədarın, ey könül.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-ta-ki-sen-oldun-esiri-zulfi-yarin-ey-konul
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəli, hər bir kəsin var bir səyağı,Böyük başın böyükdür ağrımağı.
Ey əzizim, hesab yox yaşdaEy əzizim, hesab yox yaşda,Bu müşəxxəsdi əql olur başda.
Sazı səksəndə ögrənən idbarSazı səksəndə ögrənən idbar,Bir də anı qiyamət olsa çalar.
Can kuyi-nigarə oldu azimCan kuyi-nigarə oldu azim,Şəhri görənə bələd nə lazim.
Стихи других поэтов · О любви
Məhəbbət bağının sərvi-rəvanı,Məlahət bağının tazə fidanı,
VəfaAy qız, çiçəyisən bizim dağların,Hüsnünün şöhrəti tutmuş hər yanı.
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Tutsam şərabı gər ləbinə tay, haramdırTutsam şərabı gər ləbinə tay, haramdır,Gər nöğrə söyləsəm təninə, hərfi-xamdır.