Dur, saqi, ayağa, ver dolu cam
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Dur, saqi, ayağa, ver dolu cam,Bu səy ilə hasil olmadı kam.
Candan məni dərdi-hicr saldı,Dil vəsldən oldu çünki nakam.
Ol kuyi-nigaridən keçəndə,Ey bad, yetir o yarə peyğam.
Hicrində de yarə, qalmamış tab,Fikrin nədir, ey büti-güləndam?
Həsrətlə bu ruzigar keçdi,Hasil olacaq nə vaxt bəs kam?
Gəl-gəl ki, bu hicri-cangüdazınQoymadı könüldə səbrü aram.
Səbr eyləyirəm bu dərdi-hicrə,Axır nə olar görüm sərəncam?
Макта — последний бейт с тахаллусом поэта. Bilməm ki, neçin rəva görürsənBu Şaiqə zülmü, ey şəkərfam!
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-dur-saqi-ayaga-ver-dolu-cam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Bülbül idim, gülə həsrət,Qaldım dolana-dolana.
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
ÇırpınmaBir günəşdir ucalıqlarda, yenilməz sevgi,Onun aləmdə vüsal bayramı, hicran yasıdır.
Mürəbbə: Dəli könül, nə yanırsan oda sənDəli könül, nə yanırsan oda sən,Billah bundan hərgiz sənə yar olmaz.