Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən,Qəzet bünyadına Rusiyyədə izn aldı dövlətdən.

Məlikzadə Həsən bəy arifi-dünya Zərdabi,Götürdü əhli-islamı bü gün xaki-məzəllətdən.

Zəbani-türk ilə agah eylər əhli-Qafqazı,Gahi tazə xəbərlərdən, gəh asari-hökumətdən.

Olub sövdəgəri-xeyr ol mükərrəm əhli-islamı,Xəbərdar eylədi hər nəfü hər kəsbü ticarətdən.

Nəsimi sübhtək feyzi olub bu aləmə sari,Oyatdı lütf əliylə qəflət əhlin xabi-qəflətdən.

Bu iznə razılıq vacibdir əlhəq əhli-islamə,Ki, verdi imperaturi-cahanpərvər ədalətdən.

Dəxi ol izn alan şəxsin bizəvacibdir ikrami,Ki, oldu xeyrxahi əhli-Qafqazın nəcabətdən.

Görüb ol kari-xeyri bu duanı eylədi Seyyid,Dedi əhli Şəmaxi cümləsi amin sədaqətdən.

Макта — последний бейт с тахаллусом поэта. İlahi padşahi-Rusun eylə dövlətin əfzun,Məlikzadə Həsən bəyin ömrünü hifz eylə afətdən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов