İsgəndər dövründə iki həkim
Vardı İsgəndər əsri iki həkim,Mülki-yunanda, vacibüt-təkrim.Onların düşdü çün mübahisəsi-Ki, nədəndir zəmanə hadisəsi?Ol nə bürhan gətirdi hüccət ilə,Bu onu rədd edirdi hikmət ilə.Hər nə mətləb ki, qıldı bü ünvan,Ol gətirdi buna gözəl bürhan.Hərçi ilzamə oldular talib,Birinə olmadı biri qalib.Aqibət şərt qıldı iki təbib,Hərə bir zəhr eyləsin tərtib,O bunun zəhrini içə, bu onun,Ta bu tövdayə kim olur məğbun?Birisi şərbət eylədi tərtib,Zəhr hazır qılıb ikinci təbib.Bir-birə verdilər məhabət ilə,Birisi içdi zəhri cürət ilə,Bilmədi zəhr olduğun anın,Belədir müqtəzası1 dövranın.Etmədi xövf səmmi-nafizdən,Qaldı ol şirdil səhihbədən.Ol biri içdi xövf ilə şərbət,Dari dünyadan eylədi rehlət.Öz işindən onu qiyas etdi,Vəhşətindən zəmanədən getdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-isgender-dovrunde-iki-hekim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bağ içrə gəlib yarımı əğyar ilə gördüm,Qan oldu könül kim, o gülü xar ilə gördüm.
Qaşuva eylərəm nəzər, fikri-hilalə düşmüşəmQaşuva eylərəm nəzər, fikri-hilalə düşmüşəm,Eydi-vüsalın istərəm, meyli-cəmalə düşmüşəm.
Bir Leyli sevib eşqdə sövdalərə düşdüm.Bir Leyli sevib eşqdə sövdalərə düşdüm.Məcnunə dönüb daməni-səhralərə düşdüm.
Vəslində idim möhnəti-hicranı bilirdimVəslində idim möhnəti-hicranı bilirdim,Cənnətdə ikən atəşi-niyranı bilirdim.
Стихи других поэтов · О судьбе
Əlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Xəbərin varmıÜrəyimə axan göz yaşlarımdanBu dərdi-qəmimdən xəbərin varmı?
Fələyin bir belə dövrü olacağmış, nə bilimFələyin bir belə dövrü olacağmış, nə bilim?Saralıb bağü gülistan solacağmış, nə bilim?
Məndən fələk ayırdı vəfapişə yarimiMəndən fələk ayırdı vəfapişə yarimi,Tar etdi zülfi-yar kimi ruzigarimi.