Vəslində idim möhnəti-hicranı bilirdim
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Vəslində idim möhnəti-hicranı bilirdim,Cənnətdə ikən atəşi-niyranı bilirdim.
Qafil o səri-zülfüvə dil vermədim, ey gül,Əlbəttə ki, bu hali-pərişanı bilirdim.
Hərçənd ki, bimar gözün xəstəsi oldum,Mən olmayacaq dərdimə dərmanı bilirdim.
Vəslində əgərçi neçə gün şad idim, ey məh,Mən kineyi-bu gərdişi-dövranı bilirdim.
Ol gün ki, qədəm şövq ilə bu gülşənə qoydum,Mən sərzənişi-xari-müğilanı bilirdim.
Müşgüldü dəxi aqibəti-kar ola məhmud,Ağazdə bu möhnəti-payanı bilirdim.
Ol gün ki, dilə düşdü sənin şövqi-dəhanın,Mən onda olan nükteyi-pinhanı bilirdim.
Zülfün anıban sureyi-”Vəlleyl” oxuyurdum,Mən hər gecə bu məniyi-quranı bilirdim.
Yadə salıban ruyüvi “Vəşşəms” oxurdum,Keyfiyyəti-xurşidi-dirəxşanı bilirdim.
Mən bilməz idim sureyi-ixlasdan özgə,Tövhidi-xudavənddə mənanı bilirdim.
Макта — последний бейт с тахаллусом поэта. Seyyid, bu qəzəl mətləin etdikdə sən inşa,Zimnində olan rəmzi, müəmmanı bilirdim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-veslinde-idim-mohneti-hicrani-bilirdim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pərtövi-hüsnün pozubdur nuri-mehri-ənvəri,Rövnəqi-hüsnündür ey mahım, cahanın zivəri.
Badi-səba şüküftə edər gərçi gülləriBadi-səba şüküftə edər gərçi gülləri,Həmmam camədən çıxarır bu gözəlləri.
Axiri-dəhr nə mümkündü fənadən qeyriAxiri-dəhr nə mümkündü fənadən qeyri,Kimsə baqi degil aləmdə xudadən qeyri.
Ey ruyin asimanın xürşidi-nuri-tabiEy ruyin asimanın xürşidi-nuri-tabi,Bərgi-ləbi lətifin gülqənd afitabi,