Ürəyimə axan göz yaşlarımdanBu dərdi-qəmimdən xəbərin varmı?İntizarla dolu baxışlarımdanKönül aləmimdən xəbərin varmı?

Elə bil ovulmuş səhra qumuyam,Piltəsi yanmış bir şamın mumuyam,Üstündən xış keçmiş tarla şumuyam,Mənim bu dəmimdən xəbərin varmı?

Neyləyim, qurtarmır könlüm kədərdən,Bu imiş qismətim qəza-qədərdən.Keçdim gözü yaşlı keçdiyin yerdən,Mənim sitəmimdən xəbərin varmı?

İnsan məhəbbətin qızı, oğludur,Könlüm ki əzəldən sənə bağlıdır.İndi sənsiz sinəm elə dağlıdırMənim matəmimdən xəbərin varmı?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе