Şair olmaq gör nə haldır:Ruzim – fikirdir, xəyaldır,Dalğınlıqdır, düşüncədir...Şair olmaq istəyənimBildinmi halım necədir.

Bizim bu zəngin aləmdən,Bir kağızdan, bir qələmdən,Bir də mənə eldən gələnMüqəddəs sevincdən, qəmdənBaşqa bir şey götürmədim.Şahlar sarayına girdim,Dürr, cəvahirat gördüm,Bu sərvətlər arasındaSərvətimi itirmədim.

Qəlbi incəm, ruhu şənim,Heç çatarmı gücün səninBu “ruzi”ylə yaşayasan!Dünya zövqündən əl çəkibSən də mənə oxşayasan,Bir qələmlə, bir kağızlaBir də: şair ruhundakıEl eşqiylə yaşayasan?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов