Qırlarda ney səsiylə başlayır axşam,Dalar maviliklərə saralan əngin.Gözəl qız, o gül üzün nə qədər rəngin?Eh, olsaydım mən də bir nəşəli Xəyyam,

İlahi bir eşqlə gələrək vəcdə,Edərdim can alan gözlərə səcdə…Parlayır Xorasanın altun qübbəsi…Beş günlük ömrünüz var, san gəlir ölüm.

Qaldır üzündən qara hicabı, gülüm,Dinləmə gəl o qəmli, boğulmuş səsi,Çıx buludlar içindən qalma örtülü,Solmasın sinəndəki Təbrizin gülü…

Axşam minarələrdən verilir əzan,Gözlərində parıldar mirvari yaşlar,Söylə, neçin çatılmış o qələm qaşlar?Tüğyan edən dərdini yoxmudur yazan?Baxıb dalğın gözlərə dağılır huşum,Söylə, gözəl şəhriyar, nədən sərxoşam?

Mən ki, çoxdan içmədim Qafqaz şərabı,Ya neçin dönər başım, axar gözlərim,Sən keçdiyin yollara baxar gözlərim,Çarşaf altından bəzən edib savabı,Göstərirsən ay kimi o gül üzünü,Salırsan xəyalıma Odlar Qızını.

Bir zamanlar mənim də yaşıl QafqasdaSənə oxşar nazənin bir eşim vardı,Səsindən Kür coşardı, Araz çağlardı,Derlər ki, indi qalmış ələmdə, yasdaBaxar qəribsəyərək doğma yurduna,Göndər salamını sən dağlar ardına…

Yol uzun, əməl uzaq, ömrümüz qısa,Bir gülü çox gördülər bizə dünyada,Gözəl qız, ver içəyim coşğun bir badə,Kim bilir bəlkə dönməm bir də Qafqasa,Gəl sən mana öylə bir təskinlik ver ki,Oxuyayım yurduma dair bir türkü…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе