Dağlar
Öpərkən alnından füsunlu bir yaz,Axıyor döşündən sellər, a dağlar!Yaşil, zümrüd gözlü yamaclarındaAçılır lalələr, ğüllər, a dağlar!..
Tarixdə namının silinməz şanı,Karvanlar boynunun qızıl mərcanı,Sinəndə kəsərlər ellər qurbanı,Keçirərkən ağır illər, a dağlar!..
Torpağın cəvahir, daşların almas,Çamlıqlar geyinmiş ipəkdən libas,Bəzən bilməm neçin saxlayırsan yas,Quzğundan əsərkən yellər, a dağlar?..
Çəkilmiş qəlbinə əskidən min dağ,Titrəyir eşqini anan hər dodaq,Yayılır şikəstə səsləri dağ-dağ,Nə söylər bu qərib dillər, a dağlar?..
Zirvəndə oynayan ruzgarlar acı,Illərlə görünməz başının tacı,Anlat ki, dərdinin nədir ilacı,Nədir bu dumandan tüllər, a dağlar?
Boynunda qızlardan rəngin bir dəstə,Lalələr dağılmış yolların üstə,Sən gəl bu ölkədən min qurban istəSəndən əsirgəməz yollar, a dağlar!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/ildirim-daglar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.
HanıAxşam olur, quşlar dönər yuvayaMənim dönüb qonacağım dal hanı?
Hindli qızıYenə sordum o gözəl qızcığazı,Yenə hicran onu sarmış dedilər.
Hindistanda fırtınaDerlər uzaq Hindistanın gül sinəsində,Zəncirlənən doğma ellər qan qusar, ağlar.
Стихи других поэтов
Nə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
ArzuXudaya, bəhəqqi birincü kərə,Mənə tez bərat eylə beş-on lirə!