Hindistanda fırtına
Derlər uzaq Hindistanın gül sinəsində,Zəncirlənən doğma ellər qan qusar, ağlar.Qoca Hindin bir hıçqırıq varmış səsində,Üfüqlərdə səslənirkən oyanan dağlar.Ənginləri ötən qara gözlü buludlar,Axıb gedən dərdi Qanda şikayət eylər.İlk baharın doğuşunu görməyən otlar,Qərbin acı ruzgarından hekayət eylər.Orda çılpaq annələrin sinəsində acYavruların yapraq kimi solmada ömrü.Sarılarkən kölələrin omzuna qırbac,Torpaqları çeynəyərək keçirir əmri.Orda qoca Hind dənizi əsəbi, qaynar,Sahillərin qəlbi qırıq qasırğalardan.Çaylarında axıb gedən meyitlər oynar,O dənizin udduğu qan, sovurduğu qan…Fırtına var,Fırtına var,Parçalandı göy…Üfüqlərin yİldırımlar doldu qəlbinə,Qopacaqdı fırtınalar,İşdə yandı göy,Bu qudurmiuş qasırğalar nə istəyir, nə?Çınlandı yer,Çınlandı göy,Çatladı dağlar…Buludların üz-gözündə təlaş var, təlaş,Qopdu böyük bir zəlzələ,Partladı dağlar…Evərəstin ciyərindən qopdu böyük daşFırtına var,Fırtına var,Köpürdü çaylar,Bir sel axdı meyitlərdən ümmana doğru.San yerindən devriləcək qanlı saraylar,Qoca hindin çatladı bax,Çatladı bağrı.Kinli Bombey, əski Qanqon, o qanlı DehliBir həzz aldı fırtınadan, qızışdı üsyan,Əsirlərlə zəncirli bir ölkənin əhli,Gündüzlərə saçdı alov, gecələrə qan…Qopdu çılğın fırtınalarCoşdu axınlar…Od gətirən gecələrin qəlbi qudurdu,Qoşuldu bu fırtınaya uzaq, yaxınlar,Ingilislər bütün yolu bağladı, durdu –“Hind bizimdi!”“Çək əlini!”Dalğalandı səs,“O bizimdir,Qır zənciri,Götür kəməndi!..”Səs verdi bu dalğın səsə hər inləyən kəs,Sardı qanlı bir üsyan hər şəhəri, kəndi.Qopdu Qərbin ölüm saçan qanlı ruzgarı,Qan damladı fırtınanın odlu gözündən,Üsyan edən hindlilərin kəskin başları,Axdı Qanqın qan ləkəli coşğun üzündən.Fırtınanın qəlbi quduz, durmaz, inləyir,Qüvvət alır üsyan dolu qasırğalardan.“Hind bizimdir!..”Yalnız bunu, bunu dinləyir,Yan, ey məlun Britaniya, qırıl, tökül, yan!Savrılarkən torpaq üstə çanaq-çanaq qan,Yanır, odlu Hindistanın qəlbi yanır, bax!Söylə igid Hindirsona öyünməsin çox.Hindi almış dişinə bir kinli fırtınaQanadlanıb üsyanların minmiş sırtına,Elə azğın bir üsyan ki, daşsa dənizlər,Yenə böyük məqsədini durmadan izlər,Elə çılğın bir üsyan ki,Qorx sən özün də,Partlamasın Londuranın məlun gözündə“Ya azadlıq və ya ölüm…” Hayqıran üsyan,“Hind bizimdir, çək əlini…”Deyən zorlu filTapdağında sürüklənən bir aciz deyil,Bir gün gələr qəzəblənib tutacaq səni,Xortumunda ümmanlara atacaq səni.Fürsət ikən yığ şələni, başını al, qaç,O köləlik zəncirini Hindistandan aç!Yoxsa ölüm aman verməz, yıxar taxtını,Bax onsuz da uğursuzluq sarmış baxtını.Yan, ey məlun Britaniya, qırıl, tökül, yan.Hind qurtulur,Yarın olur.Azad Hindistan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ildirim-hindistanda-firtina
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dedi-qodu yayanlara*Yürüyürük, yolumuz tikan, çala, dağ, dərə,
Sılaya varacağamYol ver, çəkil önümdən, ey yolumu kəsən dağ,Gün gəldi, yetər artıq, sılaya varacağım…
ŞərqdəAnnə, artıq bu gün sən ağlama, gül…Çünki qoynunda oynaşan bülbül
ŞərqiÖt, qumrum, öt, sən ki, məndən bəxtiyar,Heç olmazsa, qonacaq bir yuvan var,
Стихи других поэтов
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
GözəlinÖzgə ilə hərgiz olmaya işi,Qafiyə qəzəldən həm cıxa başı,
DolanırGətirməz dünyada kəsıbın işi,Nə olsun hər yanda uzaq dolanar.