Yol ver, çəkil önümdən, ey yolumu kəsən dağ,Gün gəldi, yetər artıq, sılaya varacağım…Al məni qoynuna, ey Doğuya axan irmaq,Mən də axıb o dərdli torpağı saracağım…

Yetər artıq, çox oldu qürbət eldə qaldığım,Ayrılıq sitəmiylə qıvrılıb bunaldığım,Çıx, görün gözlərimə, ey qadasın aldığım,Fərhad kimi yolunda dağları yaracağım…

Yağı öldü sanmasın aldığım bu yapadan,Min kərə böylə çıxdım fırtınadan, boradan,Gün gələr qaldıraraq bu dağları aradan,Çevrəndəki zənciri yenə mən qıracağam…

Kim deyər ki, könüldə xatirən yox, yadın yox,Lənət o şerimə ki, onda sənin adın yox,Sanma ki, könüllərdə qərib bir fəryadın yox,Mən sənə çatmaq üçün səni çağıracağam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке