Əzəldən can deyərək bu sevdalı ölkəyə,Hər qadasın aldığım sana əyan, a dağlar.Oxşarkən hər dərdini söz verdim ölüm deyə,Onunçun bu çəkdiyim dərd bipayan, a dağlar.

Doğma yurdu tərk edib atıldım diyar-diyar,Görmədim gənc ömrümdə yaşanacaq bir bahar.Döndü həp düşmən oldu dost deyilən hər nə var,Barı sən dostluğunda möhkəm dayan, a dağlar.

Qf, Bakı... Bu ayrılıq mana ölümdən ağır,Aləmə bahar gəldi, sənə yağmur, qar yağır,Gündüzlərin dumanlı, gecələr dilsiz, sağır,Bu boğulan səsimi varmı duyan, a dağlar.

Hicrinə tab edərsəm, dağları dələcəyəm,Bir qanlı Sezar kimi mən yenə gələcəyəm,Bir gün Eldəgiz kimi hayqıra biləcəyəm,Artıq oyan, a dağlar, artıq oyan, a dağlar...

Bir gün gələr qoşaraq yurdumun harayına,Mən atəş edəcəyəm düşmənin sarayına,Nə düşər yurdu batmış bir igidin payına?Ya şərəfli istiqlal, ya qızıl qan, a dağlar...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине