Qərib quşum, bu gəlişin nerədən,Uçub gəldin hansı dağdan, dərədən.Mən anlamam köksündəki yaradan,Bihudədir, məndə məlhəm arama,Məlhəm olsa, qoyaram öz yarama…

Hansı cəllad o köksünü dişləyən,Əski bir yaramı öylə işləyən?O səs nə, içində dərdə başlayan?Beyhude dinlətmə mana nəvanı,Mən nə bilim kimlər yaxmış yuvanı…

Kim dost ola, yarana kim ilişə?Bir eş bulsam, bu dərdimi bölüşə.Gəl aldanma üzümdəki gülüşə,Dal ruhuma, keçirdiyim anı gör,Gir qəlbimə, içdən axan qanı gör…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов