Ağlama, ağlama, ey gözləri buludtlu yar,Barı uzaqdan olsa, qadanı ala bilsəm…Bir tərlan kimi qonsam o qar yallı dağlara,Bir ovçu vursa, düşsəm, sinəndə qala bilsəm,Qurbanın ola bilsəm…

Yenə yaşlar göründü o dalğın gözlərində,Bir qurbanmı gedən var o buz dənizlərində?Illər boyu bir bahar görməyən düzlərində,Gül kimi açılsam da, gül kimi sola bilsəm,Mən sənin ola bilsəm…

Dün bir yaralı durna bir xəbər verdi acı,Dedi: "Dağların issız, yox qumrusu, turacı"Bir dərdə düşmüşsən ki, bulunmazmış əlacı…O dərdinə bir məlhəm, dir dərman bula bilsəm,Mən sənə gələ bilsəm…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе