Qətlimə meyl əgər ol dilbəri-növşad eylər
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Qətlimə meyl əgər ol dilbəri-növşad eylər,Qəm əlindən qutarır, könlümü həm şad eylər.
Neçə illərdi qılıb silsileyi-zülfə əsir,Nə məni öldürür ol sərv, nə azad eylər.
Gər o Şirin ləbi-ləlini şəkərbar etsə,Gətirir şurə, cahan əhlini Fərhad eylər.
Mələkülmovt əgər qəmzənə şagird olsa,Az zamanda onu can almağa ustad eylər.
Afərin navəki-xunrizüvə kim, sinəmdənÇəkməgə cani-həzini, mənə imdad eylər.
Ta ki, zülmün eşidib etməyələr meyl sənə,Sitəmindən, görə hər kimsəni dil, dad eylər.
Meyi-gülfamə dönən ol ləbi-ləlin həvəsi,Səni mey şürbünə ey müğbeçə, mötad eylər.
Макта — последний бейт с тахаллусом поэта. Seyyida, yar eşidib naleyi-zarimi dedi:Bu nə itdir ki, gəlib kuyimə fəryad eylər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-qetlime-meyl-eger-ol-dilberi-novsad-eyler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir vəqti-xocəstə, hiyni-xürrəm-Kim, talib idi könül dəmadəm.
Bir məktuba cavabDusti-girami, sənə olsun səlam!Sənsiz olub eyş bizimçim həram.
Bir nəfər dostaƏla, ey sərvəri-niku-xəsail-Ki, səndəndir fəxarət ruzigarə.
Cahil ata ilə alim oğul hekayəsiBir təvangər əvami-dəryadilGöndərir oğlun elm edə hasil.
Стихи других поэтов · О любви
Səhər gözlərini təzəcə açmış,Budaqlar danışır hey həzin-həzin.
Sən tək, ey gül, demə gül gülzarə gəlmiş, gəlməmişSən tək, ey gül, demə gül gülzarə gəlmiş, gəlməmiş,Şəhr ara hüsnüncə namə barə gəlmiş, gəlməmiş.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,