Mən səndən deyim
Səhər gözlərini təzəcə açmış,Budaqlar danışır hey həzin-həzin.Bahar hər tərəfə ətrini saçmış,Yarpaqlar danışır hey həzin-həzin.
Bülbül qızılgülə qəlbini açır,Danışır səhərin əfsanəsindən.Mənsə səndən deyim, səndən söz açım,Könlüm ilham alsın gül nəfəsindən.
Ey ana, ey qadın, ey sevgili yar,Evlər, aşiyanlar sənsiz olmasın.Qoy sənə yar olsun böyük arzular,Ana həsrətilə gözlər dolmasın.
Sənə gülzar olsun bu dünya üzü,Yolun çəmənlərə, bağlara düşsün.Sənə sirdaş olsun bu cahan özü,Nəğmən düzənlərə, dağlara düşsün.Dünyada sülh olsun, əmin-amanlıq,Ürəyin kövrəkdir, qəlbin mehriban.Həyat dərd verməsin sənə bir anlıq,Övladın görməsin nə ölüm, nə qan.
Mən də səndən yazım, səndən həmişə,Dünyanın varlığı sənin varlığın.Adını yazsınlar Aya, Günəşə,Mənə ilham versin bəxtiyarlığın.Mənə də həmişə kiçik pay düşür,Hər qadın, hər ana səadətindən.İlhamım səninlə bu gün görüşür,Bir an ayrı düşmə məhəbbətindən.
Ey ana, ey qadın, ey sevgili yar,Evlər, aşiyanlar sənsiz olmasın,Qəlbini oxşasın hər yaz, hər bahar,Bahar buludutək gözün dolmasın,Evlər, aşiyanlar sənsiz olmasın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-men-senden-deyim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
Bəxtiyaram mənSəninlə*Ömrün payızında sevdim, sevildim,