Oxşadım, yalvardım, dedim, danışdım,Bir ani həsrətdən yanıb alışdım,Başını qaldırıb mənə baxmadı,Ətri ürəyimə bir an axmadı.Gözümə baxmadı alışan gözü,Əyildim, üzümə toxundu üzü.O, mənə baxmadı barı bir anlıq,Demək həyalıdır gənclik-cavanlıq.Əyildim başını qaldırdım onun,Əlimi çəkəndə o qaçdı məndən.Baxdım gözlərinə min bir ümidlə,Nəvaziş eylədim, çox tutdum dilə,Əlimi çəkəndə o qaçdı məndən,Demək mənalıdır gözəllik belə.Baxdım, gözlərinin içinə baxdım,Duyğutək könlümə, qəlbimə axdı.Əlimi çəkəndə əyildi başı,Başını aşağı saldı bənövşə.Rəng verib, rəng aldı.Aldı bənövşə,Qəlbimdə əbədi qaldı bənövşə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов