Yar yanında günahkaram,Doğru sözüm yalan oldu.Yeriş etdi qəm ləşkəri,Könlüm şəhri-talan oldu.

Bax bu qaşa, bax bu gözə,Yandı bağrım döndü közə,Keçən sözü çəkmə üzə,Keçən keçdi, olan oldu.

Aşıq Alı sənə qurban,Gəl eylə dərdimə dərman,Uçdu getdi tülək tərlan,Sar da kəklik alan oldu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов