Gərək (Budur gözəllərdə əzəl nişanə)
Budur gözəllərdə əzəl nişanə,
Ağ üzdə xalları ay qoşa gərək.
Yar yolunda hər cəfaya qatlana,
İlqarında dura həmişə gərək.
Badilə nimtənə, hillədən çuxa,
Mirvaridən düzə, incidən taxa,
Ay kimi bərq vura, gün kimi çıxa,
Baxanda gözlərin qamaşa gərək.
Alı deyər, canım sənə sadağa,
O büllur buxağa, lalə yanağa.
Sallanıb gedəndə gülşənli bağa,
Tamaşa boynuna tamaşa gərək.
- “Şuşa” qəzeti, 20 sentyabr 1983-cü il.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-gerek-budur-gozellerde-ezel-nisane
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Bənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
NeyləyimKönül, sevən dost bağına vara bilməm, neyləyim?Açılıbdı taza güllər, dərə bilməm, neyləyim?
Ay gözəl-gözəlYer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
الطرب ای شکرستان چون دم سرد در سحرگرم درآی و دم مده باده بیار و غم ببر