Könül
Bahar fəsli, yaz ayları gələndə,Uca sərt dağlardan qar istər könül.Gözəllər sallanıb sıra vurandaXəstəyəm, onlardan nar istər könül.
Bu dünyada mərdimazar çox olub,Mərd iyidin gözü, könlü tox olub.Qonşu yox istəyən özü yox olub,Onunçün elləri var istər könül.
Mən gələli xeyli qəddin ucalıb,Sənin dərdin məni çöllərə salıb,Fikr etmə ki, Aşıq Alı qocalıb –Gen tuman, çəpgəni dar istər könül.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-ister-konul
Клавиши ← → для перехода, R — случайное стихотворение