Sən tək, ey gül, demə gül gülzarə gəlmiş, gəlməmiş,Şəhr ara hüsnüncə namə barə gəlmiş, gəlməmiş.

Dəmbədəm, ey gül bədən, şirin dəhən, şəhdü şəkər,Lə’li-ləbin ləhcəyi-göftarə gəlmiş, gəlməmiş.

Eylədim təhqiq kim qövsi-qaşın tək növnəhalHüsn bağində qədin rəftarə gəlmiş, gəlməmiş.

Demə kim üşşaq qanın tökməyə qəmzən kimiQatilü cəllad tək xunxarə gəlmiş, gəlməmiş.

Макта — последний бейт с тахаллусом поэта. Çün dəva yox eşq dərdinə nə fərq eylər təbib,Bu Vidadi xəstəyi-biçarə gəlmiş, gəlməmiş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви