Gecə öz istədiyim yar ilə, işrətdə idim,Sanki bir Adəm idim, guşeyi-cənnətdə idim.

Mən idim, bir də öz istəkli gözəl yarım idi,Yoxdu əğyar, gər olsaydı, müsibətdə idim.

Badə camın mənə canandı verən məclisdə,Gör bu hal ilə ol əsnadə nə halətdə idim!

Bütün ətrafımı almışdı gözəllər səf-səf,Məst ikən yar ilə bir başqa məhəbbətdə idim.

Həsrətin çəkdiyim öz yarım idi saqi olan,İndi təsvir elə bax, gör nə qiyamətdə idim!

Nə təmənna eyləyirdimsə, müyessərdi mənə,Taleyimdən elə zənn etmə, şikayətdə idim.

Vahidəm, eşqü məhəbbətlə cahandan getdim,Heyf kim, bilmədilər, mən nə təriqətdə idim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви