Bir zaman mən də əsiri-rəhi-meyxanə idim,Həvəsi-badə ilə aşiqi-peymanə idim.

Bir dəqiqə yerə düşməzdi əlimdən badə,Gözlərin şövqü ilə öylə ki, məstanə idim.

Bütün ömrüm keçib aləmdə şərab içmək ilə,Badədən xali olan yerlərə biganə idim.

İndi təklifi-şərab eyləmək artıqdı mənə,Mən ki, meyxanədə bir xanəsi viranə idim.

Şəmə pərvanə yanırdı gecələr sübhə kimi,Mən də öz sevgilimin şəminə pərvanə idim.

Çalışırdım, saçının fikri başımdan çıxsın,Görməsəydim səni bir gün, dəli-divanə idim.

Məni, Vahid, bu pəriçöhrələr etmişdi əsir,Mən də Məcnun kimi dillərdə bir əfsanə idim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви