Sağ dəstində qızıl şanə sevdiyimDarar, zülfün tökər bu dala, bax, bax!Bülbül müştaq olub gül qönçəsinə,Onçun məskən salıb bu dala, bax, bax!

Əylən məclisində, gəlməsini* gör,Sağrı başmaq geyib, gəl, məsini† gör.Bimürvət gözəlin gəlməsini gör,Qəsd edir, canımı bu da ala, bax, bax!

Ələsgər səməndin yayında‡ minə,Saqın seyraqubdan, yayın da, Minə!Mərd verər sinəsin yayın dəminə,Müxənnəs gizlənər bu dala, bax, bax!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви