Bir saat kərəm eylə,Ərzim deyim qan, Şapəri!Gəlməyib bu cahanaSənin kimi can, Şapəri!Hüsnünə mail olarYusifi-Kənan, Şapəri!Ya hurisən, ya pərisən,Ya da ki, Qılman, Şapəri!Xəstələr Loğmanısan,Dərdlərə dərman, Şapəri!

Gəlməyib heç gözələBu dünyada belə nişan;Zülf bulud, qabaq ayna,Qaşlarının tağı kaman;Burun püstə, dodaq qaymaq,Ağ buxaq, qönçə dəhan;Hüsnünün zərrəsiniGördü aşıq, tapdı iman;Sənə nə bəşər deyilər,Nə də ki, insan, Şapəri!

Hüsnündə qüsur yoxdu,Qeyri işində naşıyam;Boyunun sadağası,Məclisinin peşkaşıyam;Dərdin məni tez öldürər,Qoymaz dünyada yaşıyam;Oldum hicran barkeşi,Gərək qəm yükü daşıyam;Səni gördüm, əl götürdümEvdən, əyaldan, Şapəri!

Saatın xoş vaxtındaSən gəldin qabaq-qabağa;Ağlımı başdan aldın,Məcnun kimi saldın dağa;Sərraf olsa bir teliniVerməz külli-Qarabağa;Şəki, Şirvan, ŞamaxıOlsun boyuna sadağa;Doqquz mahal Irəvan daGözünə qurban, Şapəri!

Bu gözəl peyda olubGöyçə mahalında təzə;Görənlər mail olurGül camala, şəhla gözə;Bir kamil mirzə gərək,Vəsfini dəftərə yaza;Bir xalın Gürcüstana,Bir xalın Çeçen-Çərkəzə;Bir xalın DağıstanaOlubdu sultan, Şapəri!

Gəlməyib bu dünyayaYəqin bilin, böylə sənəm;Üstünə nur yağacaqHansı evə qoysa qədəm;Bilmirəm, nə xoş gündəXəlq eləyib kani-kərəm;Bir görən həsrət çəkir,Deyir: nola, bir də görəm;Qəddinə, qamətinəQalıblar heyran, Şapəri!

Silkinir, qumrovlarıZey-zey deyir, gəlir səsi;Buxağı büllurdandı,Mərmərdən ağdı sinəsi;Əynində xas güləçə,Ətəyində zər baftası;Qaməti ər-ər kimi,Əcəb yaraşır libası;Vəsfini söyləməyəOlmuşam imran, Şapəri!

Aşıq Ələsgər deyər,Bir od salıbsan canıma;Açıb danışa bilmirəmDostuma, nə düşmanıma;Qoy sərim qurban olsunSən kimi zivər xanıma;Öldür xaki-payında,Əllərin batsın qanıma;Bəlkə, intizar getməyəmMən bu dünyadan, Şapəri!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов