Ayə məndədi
Ahəngər deyiləm, naşı bəzirgan,Gözüm dürdanədə, a yəməndədi.Sinəmdədi eşqin şirin çeşməsi,Ləzzəti meyl edib ay əməndədi.
Bir sazım var, yox pərdəsi, nə simi,Onu çalıb, kim tərpədər nə simi?!.Firdovsi, Füzuli, Hafiz, Nəsimi–Onlar da yazdığı, ayə, məndədi.
Kişi gərək zəhmət çəksin, dər salsın,Süfrə açsın, ad qazansın, dər salsın.Dərsi azlar Ələsgərdən dərs alsın,Altı min altı yüz ayə məndədi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-aye-mendedi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Torpaq milyon illər yaşayar, susar,üstündə hər nə var qoynuna gedər.
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
YuxuZindan kimi, qəbir kimi qaranlıq –Bir gecəydi, hər şey, hər kəs yatmışdı.
Zülfün kimi qaraldı könül dudi-ah iləZülfün kimi qaraldı könül dudi-ah ilə,Eşqində iddia edərəm bu güvah ilə.