Ay üzə, üzə
Ay nazənin, dərdin mənim canımıAz qalıb incəldə ay üzə, üzə.Alıbsan əlimdən din-imanımı,Müştaq eyləyibsən ay üzə, üzə
Yar, məskənim astanamı, dərdimi?Kamil bağban gülü bağdan dərdimi?A bimürvət, dərdin mənim dərdimiArtırıb, yetirib a yüzə, yüzə.
Yazıq Ələsgəri oda salıbdı,Fələk gözdən salıb, o da salıbdı.Çeşmə kənarında oda salıbdı,Cumub sona kimi ay üzə, üzə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-ay-uze-uze
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qan ağla, gözüm, şahi-şəhidana bu gündə,Oğlunu verib ümmətə qurbana bu gündə.
Dörd kitab hər yana yolu göstərirDörd kitab hər yana yolu göstərir,Nəfs ilə mərifət olur şeş cahat.
"Bismillahir-rəhmanir-rəhim" deyib"Bismillahir-rəhmanir-rəhim" deyib,Girirəm meydana, gəl eyləyək bəhs.
AparırMərd iyidin məclisindən aşıq gəlir, at aparır;Tər tökür, zəhmət çəkir, açır hər büsat, aparır;