Bu çəkdiyim qəmi cananə mən özüm demədim,Desəm, gülər bizə biganə, mən özüm demədim.

Gül əldə, yar yanımda, meyim piyaləmdə,Bu zövqü ol güli-xəndanə mən özüm demədim.

O zülfə çoxdan əsirəm, bu sirri el də bilirKi, olmuşam niyə divanə, mən özüm demədim.

Desəm ki, ahim ilə şəmlər yanır gecələr,Mənəm o şəmidə pərvanə, mən özüm demədim.

Fələk rəqibə də bir gün bu dərdi çəkdirəcək,Odur salan məni hicranə, mən özüm demədim.

Nigar olan yeri xain rəqibə bildirmə,O gəlməsin bu gülüstanə, mən özüm demədim.

Bizim məhəbbətədir etiqadımız, Vahid!Ürək bu yolda dönür qanə, mən özüm demədim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви