Bir arzudə yoxam vəsli-yardən qeyri
Bir arzudə yoxam vəsli-yardən qeyri,Nə zövq bülbül üçün laləzardən qeyri.
Vətəndə möhnətə bir çarə tapmadı Məcnun,Diyari-qürbətə yalnız fərardən qeyri.
Nə cami-Cəm qalıb indi, nə şövkəti-Cəmşid,Fəsanələrlə quru iftixardən qeyri.
Behişti-əqdəsə dönsə çəmən, nə bəhcəti var,Bizə nə zövq olur gülüzardən qeyri.
Təbii ziynətə layiq deyildir hər gülrux,Bu izzətə yetən olmaz nigardən qeyri.
Nə bir rəşadəti var Bisütunda Fərhadın,Bir əksi-Şirin ilə cuyi-bardən qeyri.
Həmidin eşqini Zöhtabdan soranda dedi:O binəvadə nə var etibardən qeyri.
Bəradərim Məcidə sən bu şeri yaz, Vahid,Səmimi dost yoxumdur Qafardan qeyri.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-bir-arzude-yoxam-vesli-yarden-qeyri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mahnı*Gözəlim, aşiqini salma nəzərdən,
Təsdis“Yansın dilim ağzımda, desəm, nazüvi az et,Naz et mənə, ey sevgili canan, mənə naz et”.
Füzulidən təxmisDiyari-eşqə sultanəm, bəlalər çox çəkib başım,Cəlali-şövkətim qəmdir, hücumi-dərd fərraşım,
Bizim olsunSevgilim, bu bağda biz də bağbanıq,Bu gül, bu laləzar, qoy bizim olsun!