Bizim olsun
Sevgilim, bu bağda biz də bağbanıq,Bu gül, bu laləzar, qoy bizim olsun!Özümüz zövq alaq güllərimizdənBü gülşən, bu bahar, qoy bizim olsun!
Bu ellər bağıdır, indi biz gərək,Hamımız bir yerdə əkib-becərək.İzn ver, bu bağdan biz də gül dərək,Səfalı ruzigar, qoy bizim olsun!
Hamının payı var ana vətəndə,Tək durma, gəl qoşul bizimlə sən də,Bülbültək səsləşək bağda, çəməndə,Təbiətdə nə var, qoy bizim olsun!
Demişlər bu sözü bizdən qocalar,Elindən ayrılan çox tez qocalar,Barıyla hər ağac artar, ucalar,Şad ellər, şən diyar, qoy bizim olsun!
Dünya ellərinin bəxtiyarıyıq,Sülhün, ədalətin bayraqdarıyıq,Məzlum insanların tərəfdarıyıq,Sədaqət, etibar, qoy bizim olsun!
Mən ki ayırmıram eldən özümü,Dikmişəm xalqıma iki gözümü.Vahidəm, sevgilim, bu bir sözümü,Saxlayaq yadigar, qoy bizim olsun!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-bizim-olsun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gəlməsə üstümə yarım mən öləndən sonra,Tutmaz aram məzarım mən öləndən sonra.
Mən neylirəm o dilbəri, şirindil olmasa?Mən neylirəm o dilbəri, şirindil olmasa?Bülbül baharə eşq yetirməz gül olmasa!
Neyləsin biçarə aşiq, yar əgər yar olmasa?Neyləsin biçarə aşiq, yar əgər yar olmasa?Xarə yalvarmazdı bülbül, eşqi-gülzar olmasa!
Ölməzdim, əgər sən kimi bir dilbərim olsaÖlməzdim, əgər sən kimi bir dilbərim olsa,Bir afəti-can, şuxi-mələkmənzərim olsa.
Стихи других поэтов · О природе
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,
FərdDedim: kimdir pərişan eyləyən aşiqlər əhvalın?Səba göstərdi tari-sünbüli-zülfün ki: bu eylər
Qoşa-qoşaNazlı yar bağçanı seyr edib gəlir,Tutubdu dəstində gül, qoşa-qoşa.