Gəlməsə üstümə yarım mən öləndən sonra
Gəlməsə üstümə yarım mən öləndən sonra,Tutmaz aram məzarım mən öləndən sonra.
Hansı gülçöhrəni məşhuri-cahan eyləmədim,Qoy desin şanlı diyarım mən öləndən sonra?!
Gördüyüm hər gözəli şövq ilə təsvir elədim,Sən də xatırla, nigarım, mən öləndən sonra.
Vətənə, xalqa çalışdım, əbədi xidmət edəm,Solmasın bağü baharım mən öləndən sonra.
Aşiqəm sənətə, şerə və gözəl musiqiyə,Dillən, ey sevgili tarım, mən öləndən sonra.
Vahidəm, qaldı sözüm dəhrdə bir dürr kimi,Yaşayar eldə şüarım mən öləndən sonra.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-gelmese-ustume-yarim-men-olenden-sonra
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey könül, eyləmə bülbül kimi əfqan bu gecə,Sən gərəkdir, olasan gül kimi xəndan bu gecə!
Ey könül, var bu ziyafətdə şərafət bu gecəEy könül, var bu ziyafətdə şərafət bu gecə,Bir gözəl növrəs üçündür bu ziyafət bu gecə.
Bir az da, gəlin, gözləyək ol yar gəlincəBir az da, gəlin, gözləyək ol yar gəlincə,Min naz ilə ol sevgili dildar gəlincə!
Saqi, bu məclisin eşqilə dolandır badəSaqi, bu məclisin eşqilə dolandır badə,Ömrümüz həsrəti-meylə niyə getsin badə?!
Стихи других поэтов · О любви
Ürəyimi eləyib qanAğlama Nigar, ağlama...
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Yar oldunBaşına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
Qəzəl: İstər gözüm ki göstərə dildarə könlümüİstər gözüm ki göstərə dildarə könlümüKimdir ki bir yerə yığa sədparə könlümü