Saqi, bu məclisin eşqilə dolandır badə,Ömrümüz həsrəti-meylə niyə getsin badə?!

Hamının sevgisi, bir arzusu var qəlbində,Çünki bülbül gülün eşqində gəlir fəryadə.

Nəsl ilə ad qalar aləmdə, həqiqətdir bu,Meyvəsiz bir ağac, əlbəttə, gedər tez badə.

Başqa bir ləzzəti vardır, bir ata sağkən özü,Atalıq həqqini ifa eləsin övladə.

Yığa öz başına hörmətli qohum-qardaşını,Bundan artıq nə gözəl arzu olar dünyadə?!

Bir səbəb var bu ziyafətdə, səbəbsiz də deyil,Gəlmişik biz bura şadlıqla mübarəkbadə.

İki növrəstə cavanın bu gecə şirnisidir,Yəni Şirini nikah eyləmişik Fərhadə.

Arizu eyləyirik kim, hamının oğlu, qızı,Sürələr ömrlərin sevgi ilə azadə.

Bəxtiyar olmağını istə həmişə xəlqin,Qorxma, Vahid, səni ellər salacaqlar yadə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви