Bu ceyran
Ey əhli-dərdlər, dinləyin məni,Əqlimi başımdan aldı bu ceyran!Sağalmaz dərdlərə günahsız yerə,Neyləmişdim, məni saldı bu ceyran!
Göz-qaşla oynayır özü-özüylə,Məni gözdən salıb özgə sözüylə,Bu quzu könlümü sərxoş gözüylə,Şahmar ilan kimi çaldı bu ceyran!
Aslanlar yurdudur şərəfli yurdum,Çox ceyran qovlayıb, hürkütdüm, yordum,Eşqin tələsini hər yanda qurdum,Kəməndə düşməmiş qaldı bu ceyran!
Bu sözlə eylərəm mən təfaxiri,Vəfasız gözəlin olmaz axırı,Vahid, deyirlər ki, aşıq ŞakiriEşqin bəlasına saldı bu ceyran.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-bu-ceyran
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İnanmayaydım əzəldən o canalanə gərək,Onu sevincə, bu könlüm dönəydi qanə gərək!
Ey könül, hər kəsə öz istədiyi yarı gərəkEy könül, hər kəsə öz istədiyi yarı gərək,Bülbülə öz gülü, öz sevdiyi gülzarı gərək.
Ey dil, fəraqi-yaridə əfğan edəm gərəkEy dil, fəraqi-yaridə əfğan edəm gərək,Hicran oduyla ta səni büryan edəm gərək.
Fikrindəmi bir gün, gözəlim, biz sizə gəldik?Fikrindəmi bir gün, gözəlim, biz sizə gəldik?Sizdən qayıdıb, sonra bərabər bizə gəldik.