2000 gecə
Страница 1 из 2
Axşam saat dörd-beş radələri. Məclis. “Üçüncü internasional” mətbəəsində “Kommunist”in iş otağında tərcüməçi stolunun üstündə Şakov və başqa bir neçə nəfər mürəttib kolbasi, xərçəng və sairə düzüb yeyirlər. Müsəhhih stolunun üstündə Süleyman və şagirdləri piti taskabablarını düzmüşlər.
Məmmədəlinin stolunun üstündə Allahverdi bir başqası ilə oturub nərd oynayır. Stol üstündə də bir iki
stəkan çay, çaynik, bir də Xor - Xor qəlyan qoyulmuşdur. Qəlyan tütünləyir.
Süleyman. Gəl də, hələ bu gün sovesçaniyə olub, Əliağa bu vaxtacan gəlib çıxmayıb, korrekturalar da o yanda tökülüb qalıbdır. Ağahüseyn, dur sən allah bir telefon ilə danış, de ki, materiallar tökülüb qalıbdır.
Əliağa (girərək və oyan-buyana baxaraq). Yaxşıdır də! Döndərmişsiniz xarabanı kababçı dükanına. Xor - Xor qəlyan... piti... Yaxşıdır də... (Kimsə danışmır.) Yoldaş Süleyman, olar ki, zəhmət çəkəsiniz, biz burada işləyək? Pojalsta! Naborşiklərin öz otağı var...
Al lahverdi. Axşam vaxtı genə işə düşdük də...
Süleyman. Saat yeddidir, atıla-atıla durub gəlib üstümə ki, nə var iş bilmişəm.
Əl iağa. Daha o sənin işin deyil! Pojalsta bez zameçani! Yaqub (tələsik içəri girərək). Bu tərcüməçilər gəlməyib! Əliağa, al bu üç məqaləni, tərcüməçilər gələn kimi ver, eləsinlər. Əhməd dedi.
Əl iağa. Özlərini ələ salıblar. Cəhənnəmə ki! Mənə nə var! Səhər qəzet qalar on ikiyə. Tiraj gündən-günə azalır. Gecə saat dörddəüç məqaləni götürüb ki, tərcümə eləsinlər. Əbdülrəhim saat 11-də gələcək, sonra bunları tərcümə edəcək. Cəhənnəmə olsun hamısı, mənə nə var!
Ağahüseyn. Əliağa yoldaş, daha tez ha, çox tez gəlməmişsən ki?
Əl iağa. O daha sənin işin deyil. Materialı qoy, çıx get. Hanı bəs bu
Xanım da gəlib çıxmadı ki! Onda gedim Xanım gələnədək bir pivələyim.
Xanım əlində çadrası yellənərək içəri girir.
Xanım. Əliağa gəlib çıxmayıb? (Əliağa içəri girir.) Əliağa, bəs haradasınız, bu vaxtadək gəlməmişsiniz, materiallar tökülüb qalmış?
Əl iağa. Xeyr, Xanım bağışlayarsınız, mən bir gəldim; istəyirdim pivə içməyə gedim, daha getmədim. Siz özünüz hardasınız?
Xanım. Heç yox! Mən lap çoxdan buradayam.
Əl iağa. Mən saat on ikidən burada oturmuşam.
Xanım. Mən lap saat 11-dən burada oturmuşam.
Əl iağa. Süleyman, atam, sən gördün mən qabaq gəlməmişdim?
Süleyman. Mənim xəbərim yoxdur.
Əl iağa. Di yaxşı, indi ki, elədir, dur buradan!.. (Oturub oxumağa başlayır.) “Çan Kay-şi öz hərəkətlərində hər kəsdən yardım görə bilərsə, ümumi çaynik ağası olan Əliağanın deyinməsindən qorxmayacaqdır...” Ada, bu nədir? Xanım! (Xan ı m danışmır.) Ay Xanım?.. (Xanım birdən diksinərək, kağıza baxır.) Nə yazılıb
orada?..
Xanım. Hələ elədir də...
Əl iağa. Nə elədir?
Xanım. Mən nə bilim!
Əl iağa. Necə mən nə bilim? Bəs sən nəyə qulaq asırsan?
Xanım. Hər nə burada yazılıb, ona qulaq asıram da!..
Əl iağa. Orada Əliağanın çaynik ağası olması da yazılıbdır?
Xanım. Nə çaynik ağası?
Əl iağa. Pojalsta, Xanım, yaxşı qulaq as!
Xanım. Mən elə yaxşı qulaq asıram. Sən hələ həmişə mənim
üstümə düşürsən. Jandarm kimi qoymursan gözümü açım!
Əl iağa. Pojalsta vəzifəndir! Qulaq as!
Xanım. Hələ hər nə oldu deyinirsiniz! Hər nə oldu deyinirsiniz! Mən bu saat Əhmədi çağıraram. Əlini çağıraram. (Telefona gedir, mərkəz gec cavab verdiyindən ağlayır, yıxılıb, özündən gedir.)
Mahmud. Yoldaş Əliağa, bu X a n ı mı nə üçün incidirsən?
Əl iağa. Mənə nə var, yoldaş! Vəzifəsidir, yaxşı baxsın. Bu çaynik ağasını buraya kim yığıb?
Mahmud. Məmməd yığıbdır!
Əl iağa. Məmməd, pojalsta, mən bunu saxlayacağam, Babetskiyə göstərəcəyəm!
Məmməd. Ged, ada! Ged ada! Göstərəcəyəm... Heç onu mən yığmışam?
Əl iağa. Bəs kim yığıb?
Məmməd. Mən nə bilim! Qulaməli maşının başında yatıb, gözü yuxulu, ağzına gələni yığıbdır.
Əbdülrəhim içəri girib, öz yerində oturur.
Əl iağa. Əbdülrəhim, balam, bir az tez gəl də! Tərcümələr tökülüb qalıb burada. Al, üç dənə məqalə!
Əbdülrəh im. Qoy bura, elərəm də.
Materialları alıb yanına qoyur və başını yerə qoyub yatır. Xanım oyanır,
gəlib oturur. Əliağa yenidən oxumağa başlayır. Məmmədəli əlində
qəzetlər və yenicə çıxmış “Oqonyok” içəri girir.
Məmmədəli. Ya Allah! Kim var, kim yox?
Əl iağa. Əbdülrəhim, tez ol, maşınlar dayanıbdır.
Əbdülrəh im. Mən bu gecə naxoşam. Tərcümə edə bilməyəcəyəm.
Məmmədə li. Necə edə bilməyəcəyəm?
Əbdülrəh im. Dünya ki, var, beş gündür. Mən deyirəm bu yaşayışın heç mənası yoxdur. Özüm də bu saat tanış yerə getmişdim, qonaq çağırmışdılar. Nə qədər yalvardılar ki, heç olmasa bir rumka da olsa iç, sən öləsən, dilimə də vurmadım. Axırda vur-tut bir butılka yarım araq içmişəm. Mən bu gecə işləyə bilməyəcəyəm.
Əl iağa. Yaxşıdır də. Indi teleqramlar gələcək. Məmmədəli, bəs nə edək?
Məmmədə li. Ürəyini sıxma! Düzəldərik sənin üçün!
Əl iağa. Necə düzəldərik? Saat doqquzdur. Maşınlar dayanıb qalacaq sabaha. İki gündür gözlərimi yummamışam. Ada, Əbdülrəhim!
Əbdülrəh im. Sən səsini kəs, zıqqıldama pojalsta! Məmmədəli mənim qardaşımdır. Ona dedim, özü anladı. Özüm də gedirəm.
Məmmədə li. Əbdülrəhim, necə gedirəm? Başla görək!
Əbdülrəh im. Əlimə də ala bilməyəcəyəm. Məcbur deyiləm ki, kefli-kefli tərcümə edim. (Başını yerə qoyur, yatır.)
Məmmə dəli. Ada, Əbdülrəhim! Əbdülrəhim! (Əbdülrəhim tərpənmir.
Məmmədəli onu silkələyərək.) Əbdülrəhim! Əbdülrəhim! (Əbdülrəhim tərpənmir.)
Bu aralıq Əhməd içəri girir.
Əhməd. Nə olub?
Əl iağa. Nə olacaq! Materiallar tökülüb qalıb, Əbdülrəhim də burada keflənibdir.
Əhməd. Nasıl, keflənmiş?.. Abdalrahim! (Qabırğasından bir dümsük vuraraq, onu oyadır.) Abdalrahim!
Əbdülrəh im. Nə deyirsən, Əhməd yoldaş? İçmişəm, vəssəlam! Özüm də sabah gedəcəyəm soyuza şikayətə. Sizin məni qulluqdan çıxarmağa haqqınız yoxdur. Çünki vur-tut bir butılka yarım içmişəm. Nəhayət, mən də özüm üçün bir adamam!
Əhməd. Nasıl adamam? Bilmirsən bu saat “Pravda” gələcək? O tərəfdən də Şuralar qurultayı gedir...
Əbdülrəh im. Ay Əhməd, qurultay olduğunu mən çox yaxşı bilirəm. Daha mən nə bilim qurultayda daim danışacaqlar da...
Əhməd. Necə, ada, danışacaqlar?
Əbdülrəh im. Vacib deyil ki, qurultayda danışsınlar...
Əhməd. Necə, ada, nə danışırsan? Qurultayda nə edəcəklər?
Əbdülrəhim. Mən nə bilim, ay Ə h m ə d!.. İndi içmişəm, vəssəlam!..
Əhməd. Çortovoy materi! Get pojalyusta! Mamedali, çağır pojalyusta Caferi!..
Məmmədə li (telefonu alaraq). 24-24! Cəfər, tez mətbəəyə gəl, Əbdülrəhim tramvay altında qalıb, göndərdik xəstəxanaya. Qəzet yatıb qalıbdır.
Əhməd. Nerdə bu teleqraflar? Yaqub gəlməmişmi?
Əl iağa. Sonra da deyirlər qəzet gecikir. Qəzet qaldı sabaha, mənə nə var!..
Əhməd. Çağır pojalusta Yaqubu!
Ə l ia ğ a (telefona gedərək). Yağub! Fatma! Yağub evdə... necə?..
Hamama gedib. (Telefonu asaraq) Buyur da! Bu da burada hamama gedib.
Məmmədə li. Ürəyini sıxma. Qəzet öz vaxtında çıxacaqdır.
Əhməd. Di yaxşı, Mamedali, başla Bakı səhifəsini.
Məmmədə li. Hardan? Nə Cavad gəlib, nə də Əbdülrəhman!
Əhməd. Nerdə bəs bu adamlar?
Qulaməli. Əbdülrəhman gedib Baksoyuza kreditovaniya almağa.
Cəfər oxuyaraq içəri girir.
Cəfər.
Qara dəniz axşam deyir,
Ətrafını yıxmam deyir...
Əhməd. Balam, ya Allah, ya Allah! Ay Cafer, bir belə də yatmaq olmaz! Sənin kefin, əhvalın?.. Al, bir qanfet verim sənə...
Cəfər. Balam, Əbdülrəhimə nə olub?
Məmmədəli. Cəfər başına dönüm, daha danışmaq vaxtı deyil, otur başla. Orada üç-dörd məqalə vardır, onları tez əldən çıxar.
Əl iağa. Hindi də teleqraflar gələcək.
Əbdülrəhman burnunu və dodaqlarını sallamış bir halda içəri girir.
Əhməd. Nerdəsin, yahu? Bin yol demişdim...
Əbdülrəhman. Vallah, Məmmədəli, yatmışam. Arvadın mənə yazığı gəlib oyatmayıb. Bir də ayıldım gördüm saat 10-dur. Qaça-qaça gəlmişəm.
Məmmədəli. Tez ol soyun, başla!
Əhməd. Nerdə bu klişelər?
Əl iağa. İki saat bundan qabaq telefon elədilər ki, göndərdik, iki dəqiqədən sonra gəlir.
Əhməd. Allah bəlasını versin. Mamedali, bir telefon elə başın için!..
Bu aralıq Qədir sərasimə içəri girir.
Qədir. Buraya gələn-zad olmamışdı?
Məmmədəli. Nə gələn? Kim yəni?
Qədir. Qulağıma, deyəsən salat səsi dəydi... Ölən-zad gəlməmişdi bura?
Bu aralıq bir nəfər içəri girir, Qədir tez ona tərəf qaçaraq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-2000-gece
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xalq oyandı, biz hələ yatsaq, qiyamətmi qopar?Kef edib, meymun-zad oynatsaq, qiyamətmi qopar?
BirbəbirAy Baba, gəl deyim sənə dövri-zamanı birbəbir,Sən say əlinlə, mən deyim yaxşı, yamanı birbəbir.
“Mehtər Nəim”əEyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”!Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.
Səbətə ithafGörüm olsun o qamışlar sənə peykan, a səbət!Verməyirsən mənə göz açmağa imkan, a səbət!
Стихи других поэтов
Fələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
با منی اما چه حاصل سوی من مایل نهایدر دلی اما چه سود آگه ز حال دل نهای
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitabOldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.