2000 gecə
Страница 2 из 2 · 50%
Hə, olmıya ölünüz ölüb?..
Ölüsüölən. Bəli, mənim atam ölüb.
Qədir. Hə... Allah rəhmət eləsin. Eybi yoxdur. Dünyanın işi belədir. Hamı öləcəkdir.
Ölüsüölən. Allah sənin də ölənlərinə rəhmət eləsin.
Qədir. Yaxşı, deməli, siz elan vermək istəyirsiniz?
Ölüsüölən. Bəli!
Qədir. Yaxşı də, hələ bir troynik verdirərsiniz. Özgəyə 46 manat alırıq, sizin üçün bir az güzəşt elərik. Məmmədəli, o çortkəni bəri ver! (Salır.) Deməli, 90 sətir. Bu 26, bu da 18, bu da... Belə... hə də, deməli, hamısı 54 manat 18 qəpik. Yaxşı, bu 18 qəpik də heç. Hələ düz 55-cə manat verərsiniz. Baş üstə...
Yaqub teleqraflarla içəri girir.
Əhməd. Nerdəsin, ada? Saat on ikidir!
Yaqub. Mən nə eləyim, Zaktacda korrektor gəlməmişdi. Ad qoyulan günü idi. Axşamdan gözləyirəm.
Əhməd. Bu nədir? 60 səhifə!..
Yaqub. Olar gündüzdən qalandır. Abazər gedib yaçeykaya, materialları gətirməyibdir.
Əhməd. Allah bəlasını versin. Nerdə bu klişelər?
Əl iağa. Odur hey, 70 səhifə teleqrafı birdən yığıb götürübdür. Bunu gündüz deyəsən eləyə bilmirlər. Yaxşıdır də, qaldıq sabaha. (Əhmə də müraciətlə) Bax, min yol sənə demişəm. Götürüb yazıblar çaynik ağası, sonra da qəzetə getdi, nə olsun?
Əhməd. Nə çaynik ağası?
Əl iağa. Mən nə bilim?
Əhməd. Bəs mən nə bilim?
Əl iağa. Yaxşıdır də, deyəndə deyirlər mən nə bilim. (Gedib bir həsir tapıb gətirir, altına salıb uzanır)
Cavad içəri girir.
Əhməd. Nerdəsin, yahu?
Cavad. Naxoşdum, ölürdüm. Bu saat yorğan-döşəkdən durmuşam.
Əhməd. Get, ada! Gözləri şişib...
Cav ad. Necə, özüm ölüm sancılanmışdım, ölürdüm, yarımca şüşə araq içmişəm ki, sancım kəsilsin.
Əhməd. Çortovoy materi! Biri yatır yuxuya qalır, biri sancılanır.
Cavad. Ə h m ə d, sən mənə material ver, hamıdan qabaq qurtarmasam, əllərimi kəsərəm.
Məmmədəli. Di yaxşı, başla teleqrafları.
Cavad. O səhifə Əbdülrəhmanındır. Mən dekretləri eləyəcəyəm.
Məmmədəli. Dekretləri, Əbdülrəhman dedi mənimdir, o apardı.
Cavad. Buna bax, mənim səhifəmi oğurluyub aparıb. Dayan, gərək gedib onunla ayırd eləyim. (Gedir.)
Əliağa (həsir üstə uzanaraq, yerindən danışır.) Bura bax, Məmmədəli,
Mirzətağı gəlməyib ha! İndidən bir çarə eləyin.
Məmmədə li. Evindən xəbər alaq da.
Cəfər (oxuyur). Bəxti-namərdanəmizdən ruzigar ağlar bizə,
Aman, aman, aman, aman, aman, aman, aman hey...
Məmmədə li. Adə, Hüseyn, Məmmədəli, bircə sən allah, yeri Əlipaşanı çağır, bəlkə birdən Mirzətağı gəlmədi.
Bu aralıq Mirzətağı əlində iki qarpız, iki girvənkə Qarabağ pendiri,
üç girvənkə Gəncə üzümü, bir çətvər çay, iki təndir çörəyi, iki girvənkə
qənd, iki düjün stəkan-nəlbəki, bir qoltuğunda balaca bir samovar,
iki xörək qaşığı, üç də çay qaşığı, bir taskababı, piti, bir dəmir çaynik,
bir də saxsı çaynik, qurşağında bir lüləyin və çiynində bir dəst
yorğan-döşək və bir sarı kürk olaraq içəri girir.
Mirzətağı. Hə, salaməleyküm! Deyəsən bir az gecikmişəm.
Məmmədəli. Mirzətağı, bular nədir? Köçürük mətbəəyə?
Mirzətağı. Məmmədəli, bircə sən allah, bu yorğan-döşəyi çiynimdən al, əllərim doludur. Nə eləyək, balam, bütün gecəni burada qalacağam; sonra acından ölərəm.
Qurbanəli. Mirzətağı, bircə bu latıncaya qulaq as, bu zalım uşağı hamısı savadsızdır! Heydər də qatışdırıb bir-birinə.
Heydər. Sən qatışdırmısan bir-birinə.
Burada Əlipaşa içəri girir.
Aha! Budur, Mirzətağı burada. Bəs dedilər Mirzətağı itib?!
Əl iağa. Əlipaşa, yaxşı gəlmişsən. Vur-tut üç-dörd min sətir material qalıb. Sən allah, olara sən bax, mən bir gedim yatım.
Münəvvər Xanım içəri girib, səsi eşidilmədən başı ilə salam verir.
Əlipaşa. X a n ı m, deyəsən siz də bu gecə mənim kimi yol azmışsınız?
Münəvvər Xanım. Heç yadımda olmamış. Mən elə bilmişəm bu gecə mənəm.
Cəfər (qələmi qoyub başlayır). Sonra deyirlər belə! Vallah, billah, Həzrət Abbas haqqı, onda ki uruslar urusca yazır, hasand yazırlar, başa düşmək olur. Onda ki türklər urusca məqalə yazırlar, o qədər qəliz olur ki, heç kəs başa düşmür. Hə, buyur də, bundan nə başa düşürsünüz?
Məmmədəli. İşini gör, düzəldərik səninçün.
Cəfər (kamal səliqə ilə divara söykənib oxuyur).
Qara dəniz axşam deyir,
Ətrafını yıxmam deyir.
Məmmədəli. Babay, babay, babay, babay...
Əlibala. Balam, daha nə yazırsınız? Maşın xarab oldu, işləmir.
Əhməd. Necə işləmir? Nerdə? Baqrat?
Qara Əbdülrəhman. Baqrat gedib yatıb; çağırdıq, tumanköynəkdə yorğandöşəkdən çıxıb gəlmişdir.
Əhməd. Çağır pojalusta Babetskiyi!
Əbdülrəhman və Cavad boğuşaraq, içəri girirlər.
Əbdülrəhman. Məmmədəli, nöşün deyirsən dekret onundur? Keçən ayın 12-də dekretləri Cavad eləmişdi, ondan sonra hesab ilə bu gecə düz mənə düşür.
Məmmə dəli. Mən bilmirəm, özünüz ayırd eləyiniz.
Cavad. Necə bilmirəm? Özün bilmirsən ki, bu gecə dekret mənimdir?
Əhməd. Yaxşı, yaxşı!
Kuryer girir, kağız gətirir.
Bu nədir? Cafer, işin bitdi. Al bunu, bu gecə gedəcək.
Qədir. Bu nədir? Maşınlar xarab olub; bu səkkiz səhifə haçan olacaq? Olmaz ki, sabaha qalsın?
Əhməd. Dur, ada! SK-dan gəlib, yarın “Bakinski Raboçi”də çıxacaq, bu gecə polnosti getməlidir.
QaraƏbd ül rəhman. Bağrat çıxdı getdi. Maşının biri bu gecə işləməyəcək.
Əl iağa. Yaxşıdır də! Bu yandan maşın xarab olub, bu yandan da altmış səhifə teleqraf, SK məqalələr. Qaldı yenə sabaha.
Məmməd əli. Xülasə, o kişi deyib gedibdir. Dedi: mən gedirəm, ancaq müsəlman işi düzələn iş deyil.
Allahverdi.
Du... duddudu... du
Du... duddududu... du...
Əl iağa. Adə, sən də rədd ol buradan! Dünya qədər iş tökülüb qalıb, bu da gəlib zurna çalır...
Məmmədəli. Əliağa, ürəyini sıxma! Bu, birinci gecə deyil ki... bu hələ belə olub, belə olacaq və qəzet də vaxtında çıxacaqdır.
Hamı işə başlayır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-2000-gece
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xalq oyandı, biz hələ yatsaq, qiyamətmi qopar?Kef edib, meymun-zad oynatsaq, qiyamətmi qopar?
BirbəbirAy Baba, gəl deyim sənə dövri-zamanı birbəbir,Sən say əlinlə, mən deyim yaxşı, yamanı birbəbir.
“Mehtər Nəim”əEyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”!Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.
Səbətə ithafGörüm olsun o qamışlar sənə peykan, a səbət!Verməyirsən mənə göz açmağa imkan, a səbət!
Стихи других поэтов
Fələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
با منی اما چه حاصل سوی من مایل نهایدر دلی اما چه سود آگه ز حال دل نهای
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitabOldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.