Düşmüşəm
Bilin, dostlar, çarəsizdir dərdlərim,Qəm içində ahü zara düşmüşəm.Nə müddətdir pünhanlardı məkanım,Bahar fəsli çovğun, qara düşmüşəm.
Baxtımın günəşi zülmətdə batıb,Yer salıb torpağın qoynunda yatıb,Məni nəzərindən irağa atıb,Kömək yoxdur, yaman dara düşmüşəm.
Bir şeyda bülbüləm, yerim qəfəsdi,Qəlbimin həmdəmi dərdli nəfəsdi,Deməyin ki, bu ahü zar əbəsdi,Alovlu eşqimlə nara düşmüşəm.
Valeh kimdir, dərd əhlinin loğmanı,Həsrətimi deyin ona pünhanı,Söyləyə bu dərdin nədi dərmanı,Fələk salıb başa qara, düşmüşəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-valeh-dusmusem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Kim varıb kuyinə ol qaməti-rənayə baxar,Elə bilsin ki, girib cənnətə, tubayə baxar.
İnsan dözürPozulmayıb təbiətin hələ yaşıl növrağı,Üzə gülür, mülayimdir hələ sibir torpağı.
Dənizdə Ay çimirdiDənizdə Ay çimirdiYanaqları gümüşü.
Ay əsər indiSəhər-səhər bir gözələ uğradım,Ondan dəydi mənə ay əsər indi.